Icma.az
close
up
RU
Karqo şirkəti, yoxsa gömrük?

Karqo şirkəti, yoxsa gömrük?

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərindən biri ilə bağlı növbəti müştəri narazılığı yaranıb. AzPost xəbər verir ki, Püsta Əliyeva adlı vətəndaş, “Dynamic Express” daşıyıcı şirkəti vasitəsilə sifariş etdiyi bağlamanın taleyi ilə bağlı ziddiyyətli məlumatlar aldığını və məhsulunun tapılmadığını bildirib.

Şikayətçinin bildirdiyinə görə, aprelin 3-də sifariş etdiyi geyim bağlaması tətbiqdə aprelin 7-də uçuş reysi ilə yola düşmüş kimi qeyd olunub. Eyni zamanda, rəsmi “Smart Customs” platformasında da bağlamanın elə həmin tarixdə gömrük nəzarətindən keçərək çeşidləmə üçün daşıyıcı şirkətə təhvil verildiyi və gömrüyü tərk etdiyi əksini tapıb.

Lakin bağlamanı təhvil almaq üçün şirkətə müraciət edən müştəriyə fərqli cavab verilib: “Dynamic Express ilə əlaqə saxladıqda məhsulun hələ də gömrük nəzarətində olduğunu bildirirlər. Artıq 14 gündür ki, bağlama ortalıqda yoxdur. Smart Customs-da ‘təhvil verildi’ yazıldığı halda, şirkət bunun əksini iddia edir.”

Vətəndaş qeyd edir ki, rəsmi dövlət portalında bağlamanın gömrüyü tərk etdiyi təsdiqlənsə də, karqo şirkəti məsuliyyəti öz üzərinə götürmür və gecikmənin gömrük nəzarəti ilə bağlı olduğunu iddia edir. Bu cür hallarda adətən bağlamaların anbar daxilində itməsi və ya qeydiyyata alınmaması şübhələri yaranır.

Sosial şəbəkələrdə bu postun paylaşılmasından sonra bir çox istifadəçi oxşar hallarla rastlaşdıqlarını bildiriblər. Karqo şirkətlərinin bəzən bağlamaları anbarda “itirməsi” və ya sistemdə düzgün emal etməməsi müştərilərin həftələrlə gözləməsinə səbəb olur.

İstehlakçılar nə etməlidir?

Ekspertlər bildirirlər ki, əgər “Smart Customs” sistemində bağlama daşıyıcıya təhvil verilmiş kimi görünürsə, məsuliyyət tamamilə karqo şirkətinin üzərinə düşür. Belə vəziyyətdə vətəndaşlar:

Şirkətdən rəsmi daxili izahat tələb etməli;

Problem həll olunmadıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Aprel 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri