Kartdan karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? AÇIQLAMA
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Kartdan karta əməliyyatlarla bağlı tətbiq olunan yeni qaydalar riskli qruplara şamil olunacaq”.
"Yeni Sabah" xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, risk qrupuna daxil olmayan vətəndaşlala bağlı hər hansı bir məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur: pizza sifarişi
“Digər tərəfdən, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə artıq iki ildən çoxdur ki, Dövlət Vergi Xidməti tərəfindən sahibkarların kartdan karta əməliyyatlarına nəzarət edilməsi istiqamətində işlər görülür. Ona görə də əslində bu istiqamətdə işlər intensiv şəkildə aparılır, davam etdirilir”.
Deputat hesab edir ki, tətbiq olunan limit qiymət artımlarına gətirib çıxarmayacaq:
“Təbii ki, qiymət artımlarını şərtləndirən fərqli faktorlar olur. Xüsusən də idxal inflyasiyası qiymət artımlarına təsir göstərir. Ancaq limitlərin tətbiq edilməsinin sahibkarlar üçün əlavə ciddi xərc yaradacağı gözlənilmir. Ancaq sözsüz ki, əgər hər hansı bir sahibkarlar tərəfindən süni şəkildə qiymət artımlarına gedilməyə cəhd olunacaqsa, o halda müvafiq dövlət qurumu tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac olacaq. Çünki bütün hallarda süni qiymət artımları qanunvericiliklə qadağandır”.
Xatırladaq ki, Azərbaycanda avqustun 1-dən etibarən “card-to-card” əməliyyatlarına limitlərin tətbiqinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Avqust 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















