Icma.az
close
up
RU
Kartdan karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar?

Kartdan karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.

Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. 

Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir. 

Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib.

Azərbaycanda kartdan-karta köçürmələrə tətbiq edilən yeni limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması və kölgə iqtisadiyyatının qarşısının alınması məqsədi daşıyan bu qərarın gündəlik maliyyə əməliyyatlarına necə təsir edəcəyi sual altındadır. 

Bəs kartdan-karta köçürmələrə limitin tətbiqi nağdsız ödənişlərin inkişafını ləngidərək nağd pul dövriyyəsini artıracaqmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda kartdan-karta köçürmələrə tətbiq olunan yeni limitlərin əsas məqsədinin şəffaflığın artırılması, fırıldaqçılıq hallarının, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısının alınması olduğu bildirilir:

“Lakin bu məqsədə seçilmiş vasitənin nə dərəcədə doğru olduğu müzakirə mövzusudur. Sivil ölkələrdə belə məhdudiyyətlər tətbiq edilmir. Bu cür məqsədlərə kartdan-karta köçürmələrə limit qoymaqla deyil, rəqəmsal monitorinq vasitəsilə nail olunmağa çalışılır. 

Həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini və onların mənbəyini bəyan edir. Nəticədə kart hesabına daxil olan vəsaitlə bəyan edilmiş gəlirlər arasında uyğunsuzluq yaranarsa, şəxs məsuliyyətə cəlb olunur və vergidən yayınma halları araşdırılır. 

Azərbaycanda isə belə bir sistem mövcud deyil. Hətta məmurların gəlirlərini bəyan etməsini tələb edən qanun 2005-ci ildən qüvvədə olsa da, Nazirlər Kabineti bəyannamənin formasını təsdiq etmədiyi üçün bu mexanizm artıq 21 ildir tətbiq edilmir. 

Vətəndaşların gəlir və əmlak bəyannaməsi sistemi də yoxdur. Belə olan halda "çirkli pullar"ın yuyulmasına və vergidən yayınmaya qarşı effektiv nəzarət mexanizmi formalaşmır. 

Vətəndaş banka əmanət yerləşdirəndə, ev və ya avtomobil alanda, yaxud başqasına böyük məbləğdə pul köçürəndə, vəsaitin mənbəyini soruşsalar, istənilən cavabı verə bilər. Məsələn, "babamdan qalıb" deməsi kifayət edər.
Sivil ölkələrdə isə bu mümkün deyil, çünki hər il təqdim olunan gəlir və əmlak bəyannamələri həmin vəsaitlərin mənbəyini göstərir.

Bu səbəbdən hazırda tətbiq olunan kartdan-karta limiti, eləcə də illər əvvəl xarici valyuta alışına qoyulan illik 20 min manatlıq limiti problemin kökündən həll edən mexanizm kimi qiymətləndirmək çətindir". Əsas problem bəyannamə sisteminin olmamasıdır:

"Problemi kökündən həll etmək əvəzinə daha kobud və primitiv məhdudiyyətlər tətbiq olunur. Guya bununla bütün problemlər həll ediləcək, amma praktikada bunun mümkün olmadığı görünür”.

Onun sözlərinə görə, vergidən yayınmaq istəyən şəxs bu məhdudiyyətlərdən də yan keçməyin yolunu tapacaq:

“Şəxs bir kart əvəzinə iki və ya üç kartdan istifadə edə, öz adına mümkün olmadıqda isə ailə üzvlərinin və ya qohumlarının kartlarından yararlana bilər. Digər alternativ isə ümumiyyətlə, nağd ödənişlərə qayıtmaqdır.

Məhz bu məqam qərarın ən mənfi tərəfi hesab olunur. Dövlət indiyədək heç olmasa nağdsız ödənişləri izləyə bilirdi. Limitlərdən sonra isə müəyyən ödənişlər sadəcə nağd şəkildə həyata keçiriləcək və nəticədə həmin əməliyyatlar nəzarətdən kənarda qalacaq. Beləliklə, dövlət özü vətəndaşları nağd hesablaşmalara təşviq etmiş olacaq.

Digər müzakirə doğuran məqam isə bu məhdudiyyətlərin tətbiq edilmə formasıdır. Bildirilir ki, Mərkəzi Bank bu qərarı banklarla razılaşma əsasında qəbul edib. Halbuki normal bazar iqtisadiyyatı şəraitində kommersiya banklarının öz dövriyyəsini azaldacaq məhdudiyyətləri könüllü tətbiq etməsi inandırıcı görünmür. 

Vətəndaşların hüquq və öhdəliklərinə təsir edən belə məhdudiyyətlər kommersiya banklarının razılığı ilə deyil, qanunvericilik səviyyəsində müəyyən edilməlidir”.

Ekspert qeyd edib kİ, bu limitlər əhalinin böyük əksəriyyəti üçün ciddi problem yaratmayacaq:

“Çünki insanların çoxunun nə ay ərzində 20 min manatlıq köçürməsi olur, nə də gün ərzində dəfələrlə iri məbləğdə əməliyyat aparmaq ehtiyacı yaranır. 

Müəyyən narahatlıq daha çox mikrosahibkarlar və kart vasitəsilə ödəniş qəbul edən şəxslər üçün yarana bilər. Lakin onlar da bu məhdudiyyəti yaxınlarının kartlarından istifadə və ya ödənişləri nağd qəbul etməklə qismən aşa biləcəklər. Nəticədə isə əsas məqsəd kimi göstərilən vergidən yayınmanın və kölgə iqtisadiyyatının qarşısının alınması tam təmin olunmayacaq”.

İqtisadçı Xalid Kərimli isə bildirib ki, Banklar Assosiasiyasının Azərbaycan Mərkəzi Bankı ilə apardığı müzakirələrdən sonra kartdan-karta əməliyyatlara limit tətbiq olunması barədə qərar qəbul etməsinin əsas məqsədi vergidən yayınma hallarının qarşısını almaqdır:

“Baxmayaraq ki, Vergi Məcəlləsi vergidən yayınmanı qadağan edir, xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarət və xidmət sahəsində çalışan bəzi şəxslər satış zamanı ödənişləri kartdan-karta köçürmələr vasitəsilə qəbul edirdilər. Bu isə vergi nəzarətini çətinləşdirən hallardan biri idi. 

Əslində, dövlətin və Azərbaycan Mərkəzi Bankının məqsədi vətəndaşların kartdan-karta əməliyyatlarını məhdudlaşdırmaq deyil. Müəyyən edilən limitlərə nəzər saldıqda görünür ki, bir kart üzrə aylıq 20 min manat hədd müəyyənləşdirilib. 

Mövcud gəlir səviyyəsi fonunda bu məbləğ əksər vətəndaşlar üçün kifayət qədər yüksəkdir. Hazırda Bakıda orta aylıq əməkhaqqı təxminən 1100–1200 manat təşkil edir. Son altı ayın statistikasına əsasən isə adambaşına düşən nominal aylıq gəlir təxminən 800 manata çatır. 

Buraya əməkhaqqı ilə yanaşı, digər gəlirlər də daxildir. İki böyüklə iki uşaqdan ibarət ailənin ümumi aylıq gəliri təxminən 3000–3200 manat civarındadır. Belə olan halda aylıq 20 min manatlıq limit adi vətəndaşların gündəlik kart əməliyyatlarına maneə yaratmır”.

O qeyd edib ki, vətəndaş gün və ya ay ərzində dəfələrlə kartdan-karta köçürmə edə bilər və bu, problem yaratmır:

“Limit kifayət qədər yüksək müəyyən edilib ki, nağdsız ödənişlərə maraq azalmasın və vətəndaşlar gündəlik maliyyə əməliyyatlarını rahat şəkildə həyata keçirə bilsinlər. Bu qərarın kibertəhlükəsizlik və ya dələduzluq hallarının qarşısını əhəmiyyətli dərəcədə alacağını düşünmürəm. 

Lakin mərc ödənişləri və vergidən yayınma ilə bağlı qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınmasında ciddi rol oynaya bilər. Əsas məqsəd məhz qanunsuz əməliyyatların qarşısını almaqdır. Hesab edirəm ki, kartdan-karta əməliyyatlara limit tətbiqi gecikmiş, lakin düzgün verilmiş qərardır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Kartdan-karta Əkrəm Həsənov Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri