Icma.az
close
up
RU
Kartı bloklanan vətəndaş nə etməlidir?

Kartı bloklanan vətəndaş nə etməlidir?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bankların müştəri kartlarını tez-tez bloklaması halları getdikcə artır. Banklar bunu təhlükəsizlik məqsədi ilə izah etsələr də, digər tərəfdən müştərilərin kartlarına məhdudiyyət qoyulması onların çətin vəziyyətə düşməsinə səbəb olur. Belə hallar vətəndaşların narazılığına səbəb olur.Bankların vətəndaşların kartlarını uzun müddət bloklaması hüquqi olaraq düzgündür?Əslində ən tez halda bu məsələ necə həll olunmalıdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hər bankın təhlükəsizlik üzrə təhlükəsizliyi təlimatları var: “Bir qayda olaraq, banklar kart üzrə hər hansı şübhəli əməliyyat aşkar etdikdə kartı bloklayırlar. Bu, birdən-birə böyük məbləğdə əməliyyat, qeyri-adi yerdən sifariş və ya xırda-xırda, lakin daimi ödənişlər olduqda baş verə bilər. Hər bankın təhlükəsizlik üzrə təhlükəsizliyi təlimatları var və əksər hallarda bu proses bank işçiləri tərəfindən deyil, sistem tərəfindən avtomatik həyata keçirilir. Çünki bank əməkdaşlarının hər bir əməliyyatı ayrı-ayrılıqda izləməsi mümkün deyil. Bu, ümumilikdə dünyada geniş yayılmış praktikadır. Azərbaycanda bunun nə dərəcədə tez-tez baş verdiyini dəqiq deyə bilmərəm, mən də bank müştərisi kimi belə hallarla çox nadir hallarda üzləşmişəm”.

Əkrəm Həsənov deyib: “Əvvəla, hesab edirəm ki, bu lazımlı bir prosesdir. Bir tərəfdən deyirik ki, kartlarımızdan pullar oğurlanır, bu məhz həmin halların qarşısının alınması üçündür. Bank əgər ehtimal edirsə ki, müştəri pulu özü istifadə etmir və əməliyyat kənar müdaxilə ilə aparılır, kartı bloklayır. Bu, hal ona görə yaxşıdır ki, kimsə kartdan pul oğurlamasın”.

Əkrəm Həsənov əlavə edib: “Uzunmüddətli yox, bir neçə saat, maksimum 1 gün ərzində araşdırma aparılır. Müştəri zəng edib bildirirsə ki, əməliyyatı özü edir, bu qədər bitdi. Əks halda bank qanunsuzluq edir. Bu, müştərinin hüquqlarının pozulması deməkdir. Mənə məlum deyil niyə belə hallar olur. Müştəri belə hallarda Mərkəzi Banka şikayət etməlidir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 İyun 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri