Icma.az
close
up
RU
Kartından pulu oğurlananların nəzərinə Gözlənilən qərar verilir?

Kartından pulu oğurlananların nəzərinə Gözlənilən qərar verilir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada kiberdələduzluqla mübarizə gücləndirilir. Yeni qanuna əsasən, vətəndaşların məlumatlarının təhlükəsizliyini artırmaq məqsədilə hüquqi tədbirlər sərtləşdirilir. Artıq banklar və dövlət qurumlarına xarici messencerlər (məsələn, Vatsap, Telegram) vasitəsilə məlumat göndərmək qadağandır. Eyni zamanda, telefonla danışıq zamanı Dövlət Xidmətlərinə giriş kodlarının mesajla göndərilməsinə də məhdudiyyət qoyulur. Azərbaycanda da son zamanlar kiberdələduzluq halları artıb. Bildirilir ki, xüsusilə bank sektoru ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunmalı, vətəndaşlara dəyən maddi zərərlərin qarşısı alınmalıdır.

Oxşar məhdudiyyətlər ölkəmizdə də tətbiq oluna bilərmi? Kibertəhlükəsizliklə bağlı yeni qanun layihəsi gündəmdədirmi?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, kiber məkanda baş verən fırıldaqçılıqlar, vətəndaşların bank hesablarına müdaxilələr və bu hesablar vasitəsilə edilən oğurluqlar məsələnin nə qədər ciddi və aktual olduğunu göstərir:

“Tez-tez Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi açıqlamalardan görünür ki, vətəndaşların hüquqları pozulur, bank hesablarına kənar müdaxilələr edilir və kibercinayətkarlıq halları baş verir. Qanunların qəbul edilməsi mühümdür, lakin tam təhlükəsizlik üçün vətəndaşların özləri də diqqətli olmalıdırlar. Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə davam edir. DİN-də buna qarşı xüsusi idarə yaradılıb və yeni strukturlar formalaşdırılır”.

Hikmət Babaoğlu

Deputat bildirib ki, bəzi Avropa ölkələri virtual məkan üçün yeni xüsusi qaydalar yaratmaq əvəzinə, mövcud qanunları kiberməkana da tətbiq edirlər və beləliklə məsələ həll olunur:

“Ölkəmizdə sözügedən sahə ilə bağlı qanunlar olsa da, görünür, bunun təkmilləşdirilməsinə ehtiyac var. Belə təşəbbüslər daima davam edəcək və baş verən hadisələrə uyğun olaraq, qanunvericilik gücləndirilmiş olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri