Icma.az
close
up
RU
Gözlənilən qərar

Gözlənilən qərar

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Etibar CƏBRAYILOĞLU
Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası İrəvan qazısının fəaliyyətinin bərpası ilə bağlı qərar verdi. QMİ sədrin müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı vəzifəsinə təsdiq edildi. Dini mərkəzin bu tarixi addımı ictimaiyyətdə geniş maraq oyatdı, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Cəmiyyətimiz daha çox iki suala cavab axtarır - niyə İrəvan qazılığı və niyə məhz indi?

Tarixin addım səsləri

QMİ-nin İrəvan qazısının fəaliyyətini bərpa etməsi ideyası təsadüfən yaranmayıb. Söhbət bərpadan gedirsə, deməli nə vaxtsa mövcud olmuş bir təsisatın işini davam etdirmək məsələsi gündəmə gəlib. Bu isə tarixə qısa bir ekskursu zəruri edir.
Müsəlman din xadimləri tarixən Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi İrəvanda xüsusi status daşıyıb, xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və qorunmasında, dini ayinlərin doğru-düzdün icra olunmasında mühüm rol oynayıblar. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra çar hakim dairələri Qafqazda İslam dininə aid təsisatların quruluşunda da müəyyən dəyişikliklər aparmaq üçün cəhdlər ediblər. Uzun cəhdlərdən sonra “Zaqafqaziya Şiə və Sünni Məzhəbləri Ruhani İdarəsi haqqında” Əsasnamə hazırlanır. Çar II Aleksandrın 1872-ci il aprelin 5-də imzaladığı fərmanla təsdiq olunan bu Əsasnaməyə görə Tiflisdə, Bakıda, İrəvanda, Qarsda, Dərbənddə, Naxçıvanda qazı məclisləri fəaliyyətə başlayır. 1880-ci ilin arxiv sənədlərindən bəlli olur ki, İrəvan qazı məclisinə qazı Molla Xəlil Qazızadə başçılıq edib. İndi ermənilərin Eçmiədzin adlandırdıqları Üçmüədzin qəzasına o zaman Axund Şeyx Mehdi Qazızadə, Sürməli qəzası üzrə Molla Baxşəli Mustafa oğlu qazı təyin olunublar. 1880-ci ilin məlumatlarına görə, İrəvan quberniyasının ərazisində 210 məscid fəaliyyət göstərib, həmin məscidlərin nəzdində mədrəsələr olub.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra İrəvan qazısı vəzifəsini Mirzə Hüseyn Ağa yerinə yetirib. Sovet hakimiyyətinin 30-cu illərdə həyata keçirdiyi “qırmızı terror” zamanı bir çox tanınmış ruhani kimi Mirzə Hüseyn Ağa da repressiya qurbanı olur.
Bütün dinlərə qarşı amansız mübarizə aparan sovet rejimi 1920-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətini qağan edir, yalnız 1944-cü il aprelin 14-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin təşkili, bu məqsədlə Azərbaycan, Gürcüstan və Ermənistan müsəlmanlarının qurultayının çağırılması barədə qərar verir. Yeri gəlmişkən, həmin dövrdə Naxçıvan və İrəvan qazılığı birləşdirilir. Abbas Fərəcov, Molla İbrahimxəlil, Əkbər Babayev kimi din xadimləri sovet dönəmində müxtəlif illərdə bu qazılığa rəhbərlik ediblər.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin 1978-ci ildə keçirilən qurultayında isə Naxçıvan və İrəvan qazılığına rəhbərlik etmək Allahşükür Paşazadəyə tapşırılır. 80-ci illərin sonlarından başlayaraq Ermənistan növbəti dəfə azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yeridir, soydaşlarımız öz dədə-baba torpaqlarından qovulur, məscid və ziyarətgahlar, qəbiristanlıqlar erməni vandalizminə məruz qalır. İndiki Ermənistan ərazisindən sonuncu azərbaycanlı da qovulduğu üçün İrəvan qazılığı fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olur.

Dini mərkəz yenə bir addım öndə

44 günlük Vətən savaşında Azərbaycan dövləti və qüdrətli ordusu misilsiz şücaət göstərərək öz ərazilərini erməni işğalından azad etdi. Tarixi Zəfərimizdən sonra suverenliyini tam bərpa edən ölkəmiz regionda yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin göstəricisi kimi Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanıb. Belə bir şəraitdə dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan qazılığının bərpası ilə bağlı addımı zamanın tələbidir. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının toplantısındakı çıxışında bu əhəmiyyətli qərarı belə əsaslandırıb:
“Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltməliyik. Tarixi ədalət bizdən bunu tələb edir”.
Şeyx həzrətlərinin sözlərinə görə, bu gün İrəvan qazılığının bərpası anti-Azərbaycan siyasəti aparan, İslam mədəniyyətinin izlərini məhv etməyə və dünyanı öz yalanlarına inandırmağa çalışan Ermənistan tərəfinə tutarlı bir cavabdır: “Erməni dini dairələri soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində - Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olublar. Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçıvan Yeparxiyası təsis etmişlər. Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmiəzdində və Kilikiyada dini mərkəzlər vasitəsi ilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə, qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq...”

QMİ sədri Allahşükür Paşazadənin sözlərinə görə, İrəvan qazılığının bərpası ermənilərin dədə-baba torpaqlarımızda vandalizm aktları törətməsini, izimizin silinməsi məqsədi məscidlərimizi dağıtmasını, qəbiristanlıqlarımızı məhv etməsini beynəlxalq platformada dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm addımdır.
Qeyd etdiyimiz kimi, Qazılar Şurası İrəvan qazısı vəzifəsinə QMİ sədrinin müavini Bəxtiyar Nəcəfovun seçilməsinə razılıq verib. Bəxtiyar Nəcəfov əslən Qərbi Azərbaycandan - Zəngibasarın Çobankərə kəndindəndir. Naxçıvan Muxtar Respublikasının Babək rayonun məscidində, Bakıdakı “Heydər” və Təzə Pir məscidlərində imam vəzifəsində çalışarkən dini savadı, dövlətçilik təfəkkürü, təşkilatçılıq bacarığı ilə dindarlar arasında nüfuz qazanıb.
Belə bir din xadiminin İrəvan qazısı təyin olunması dini mərkəzin tarixi qərarının əhəmiyyətinə, nəzərdə tutulan strateji planların uğurla həyata keçirilməsinə inamı daha da artırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri