Icma.az
close
up
RU
Kartofla bağlı mühüm xəbər: Qiymət kəskin dəyişir? Açıqlama

Kartofla bağlı mühüm xəbər: Qiymət kəskin dəyişir? Açıqlama

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycana idxal olunan və ölkədə istehsal edilən kartofların qiymətləri arasındakı fərq diqqət çəkir. Bazarlarda İran və Türkiyədən gətirilən kartofun kiloqramı təxminən 1,20 manata satılır. Yerli istehsal olan – əsasən Cəlilabad və Sabirabad kimi kənd təsərrüfatı bölgələrində yetişdirilən eyni məhsul isə 1–1,30 manat aralığında təklif olunur. Bildirilir ki, bu, gələcəkdə sahibkarlara zərər vura və yerli məhsulun qiymətini kəskin bahalaşdıra bilər.

İdxal olunan kartof niyə bu qədər ucuz başa gəlir? Sahibkarlar yerli məhsulun qiymətini qaldıracaqmı?

Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Azər Badamov deyib ki, ölkəmizdə daxili iqtisadi münasibətlər bazar qanunları əsasında tənzimlənir:

“Bu baxımdan sözügedən qiymət təklifləri normal haldır. Bazarda rəqabətin olması idxal kartofun daha ucuza başa gəlməsinə səbəb olur. Yerli istehsalımızın da bazarda daha ucuz və ya baha qiymətə satılması mümkündür. Kartof idxalı məhdudlaşdırılarsa, bazarda yerli məhsul bahalaşacaq. İdxal olunan kartofun qiyməti yenidən ucuzlaşdığı halda, yerli kartof indikindən ucuz ola bilər”.

Azər Badamov

Millət vəkili bildirib ki, sözügedən ucuzlaşma sahibkarlara ziyan vurmur:

“Kartofun bir kiloqramının istehsal qiyməti 1,30 manatdan xeyli aşağıdır. Bu səbəbdən satış qiymətində 10–20 qəpik fərq yaranması fermerlər üçün istehsalın rentabelliyini ciddi şəkildə azaltmır. Bazarda məhsul bolluğu olduqda qiymətlər aşağı düşməli, tələbat artdıqda isə bahalaşmalıdır – bu, bazar iqtisadiyyatının əsas qanunlarındandır. Bununla yanaşı, hökumət də daxili istehsalı qorumaq məqsədilə vaxtaşırı lazımi addımlar atır. Belə ki, idxal daxili bazara ciddi təsir göstərdikdə, gömrük alətləri vasitəsilə tənzimləmə tədbirləri həyata keçirilir. Bu isə həm yerli istehsalın müdafiəsinə, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.”

Ləman Hüseynzadə
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri