Icma.az
close
up
RU
Ağstafada “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş “Şanlı zəfərin təcəssümü” adlı tədbir keçirilib

Ağstafada “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş “Şanlı zəfərin təcəssümü” adlı tədbir keçirilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

24 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Eynallı kənd” və “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 25 noyabr “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş “Şanlı zəfərin təcəssümü” adlı tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev  qeyd edib ki, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən beş il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu.

Tədbirdə çıxış edən digər natiqlər – Eynallı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Sevinc Rzayeva, Eynallı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Mövsüm Paşayev və “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədri Zaur Əliyev bildiriblər ki, şanlı Qələbəmiz nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanat Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana qaytarılmasının hüquqi əsasını yaratdı. Kəlbəcər işğaldan azad olunarkən qeyri-qanuni məskunlaşan ermənilərin evləri yandırması, əkin sahələrini, meşələri, bağları məhv etməsi bir daha erməni vandallığının bütün çılpaqlığını dünyaya nümayiş etdirdi. Bu gün Kəlbəcər yenidən dirçəliş dövrünü yaşayır. 2020-ci ilin noyabrında təsis olunan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçunun təltif edilməsi bu torpağın uğrunda can qoyan qəhrəmanların əməyinə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması isə bu diyarın dirçəlişinin rəsmi simvoluna çevrildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri