Icma.az
close
up
RU
Kartofun qohumu pomidor imiş

Kartofun qohumu pomidor imiş

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, təxminən 9 milyon il əvvəl Cənubi Amerikada yabanı pomidor və kartofabənzər bitki növlərinin təbii yolla çarpazlaşması müasir kartofun yaranmasına səbəb olub.

Ölkə.az xəbər verir ki, "Cell Press" jurnalında dərc edilən bir araşdırmada elm adamları bu qədim təkamül hadisəsinin kartof, yam və taro kimi bitkilərdə olan qida maddələrini saxlayan genişlənmiş yeraltı quruluş olan kök yumrularının meydana gəlməsinə səbəb olduğunu irəli sürürlər.

“Əldə etdiyimiz nəticələr göstərir ki, növlərarası hibridləşmə prosesi yeni xüsusiyyətlərin təkamülünə səbəb ola və daha çox növün yaranmasına imkan verə bilər. Biz nəhayət kartofun mənşəyinin sirrini açdıq”, - deyə Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasından tədqiqatın müəllifi Sanven Xuan bildirib.

Dünyanın ən vacib kənd təsərrüfatı bitkilərindən biri olan kartofun mənşəyi uzun illər alimlər üçün müəmmalı olub. Zahiri görünüşünə görə müasir kartof bitkiləri Çilidə yayılmış üç kartofabənzər etuberosum növünə çox bənzəyir. Lakin bu bitkilərdə yumru yoxdur. Filogenetik analizə əsasən isə kartof bitkiləri pomidorlarla daha yaxından qohumdur.

Bu ziddiyyəti aradan qaldırmaq üçün tədqiqat qrupu 450 ədəd becərilən və 56 yabanı kartof növünün genomunu təhlil edib. “Yabanı kartof nümunələrini toplamaq çox çətindir, buna görə də biz indiyədək aparılmış ən geniş yabanı kartof genom məlumatları kolleksiyasını toplamışıq”, -deyə məqalənin müəllifi Çjiyan Çjan bildirib.

Aşkarlanıb ki, hər bir kartof növü etuberosum və pomidordan gələn genetik materialın sabit və balanslı birləşməsini daşıyır. Bu isə kartofun onların qədim hibridləşməsi nəticəsində yarandığını göstərir.

Bu fərqli növlərin təxminən 14 milyon il əvvəl ümumi əcdadı olub. Onlar təxminən 5 milyon il əvvəl bir-birindən ayrıldıqdan sonra belə çarpazlaşa bilib və 9 milyon il əvvəl yumrulu ilk kartof bitkilərinin yaranmasına səbəb olublar.

Komanda həmçinin yumru əmələ gəlməsinə cavabdeh əsas kartof genlərinin mənşəyini izləyib. Məlum olub ki, bitkiyə yumru əmələ gətirməyə başlamağı “bildirən” əsas açar rolunu oynayan SP6A geni pomidor ailəsindən gəlir. Yumru əmələ gətirən yeraltı gövdələrin böyüməsini tənzimləyən IT1 adlı digər vacib gen isə etuberosum tərəfindən ötürülüb. Bu komponent olmadan hibrid nəsil yumru əmələ gətirə bilməzdi.

Bu təkamül yeniliyi And dağlarının sürətli yüksəlişi ilə üst-üstə düşüb. Həmin dövrdə yeni ekoloji şərait formalaşırdı. Qida maddələrini yeraltında saxlayan yumrular sayəsində erkən kartof sərt dağ iqliminə tez uyğunlaşa bilib və ağır hava şəraitində sağ qalmağı bacarıb.

Yumrular həm də kartof bitkilərinin toxum və tozlanmadan istifadə etmədən çoxalmasına imkan verir. Yeni bitkilər sadəcə yumrunun gözlərindən cücərir. Bu xüsusiyyət onların sürətlə yayılmasına və Mərkəzi və Cənubi Amerikanın isti düzənliklərindən tutmuş soyuq alp otlaqlarına qədər müxtəlif ekoloji şəraitlərdə kök salmasına şərait yaradıb.

“Yumrunun inkişafı kartofa sərt şəraitdə böyük üstünlük verdi, yeni növlərin yaranmasına və bu gün sevdiyimiz zəngin müxtəlifliyin formalaşmasına təkan oldu”, - deyə Xuan yekunlaşdırıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see486

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see359

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see355

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see333

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see305

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see304

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see291

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see281

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see272

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see249

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see225

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see222

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri