“Karvan Yevlax” ötən ay müqavilə imzaladığı futbolçunu niyə yola saldı? rəsmi açıqlama
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, “Karvan-Yevlax” dünən iki futbolçu ilə yollarını ayırdı. Söhbət Rəhman Şabanovla Ceyhun Bağırzadədən gedir. Maraqlıdı ki, Yevlax təmsilçisi hələ ötən ay Rəhmanla müqavilənin müddətini uzatdığı haqda məlumat yaymışdı.
Bəs, nə baş verdi? Futbolçu özü komandasını dəyişmək istədi, yoxsa baş məşqçi Azər Həşimov onun xidmətinə ehtiyac duymadı?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında Rəhmanın özünü daha çox şans qazanacağı komandada sınamaq istədiyini və bu məqsədlə kollektivdən ayrıldığını bildirdi.
Qeyd edək ki, Rəhman karyerasını 1-ci liqa klubu “Zaqatala”da davam etdirəcək. O, yeni kollektiviylə birillik müqavilə imzalayıb. Ceyhun isə karyerasını “Qəbələ” akademiyasında davam etdirəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Sentyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















