“Karvan Yevlax”dan hakimə etiraz Ozobiç “sarı”, yoxa “qırmızı” görməliydi?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün keçirilən “Turan Tovuz” - “Karvan-Yevlax” oyunundakı hakim qərarları gündəmə çevrilir.
Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Fizuli Məmmədov 82-ci dəqiqənin tamamında Filip Ozobiçin Emin Rüstəmova qarşı kobudluğunun düzgün dəyərləndirilməməsindən narazılıq etmişdi. Artıq Yevlax klubu
sosial şəbəkə hesablarında da bununla bağlı paylaşım edib.
Xorvat əsilli futbolçu açıq ayaqla müdafiəçinin ayağına təmas edir. “Karvan-Yevlax” tərəfi isə haqlı olaraq qırmızı vərəqə tələb edir. Oyunboyu ilk və son vərəqəni məhz həmin epizodda göstərən referi Vüqar Həsənli, görünür, “qırmızı” ilə başlamağa risk etməyib.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:68
Bu xəbər 10 Fevral 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















