Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Kaş yenə uşaq olaydım…

Kaş yenə uşaq olaydım…

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Səhərdən qəribə bir hiss içimdən çıxmır. Adam yaşa dolduqca, “sağlıq olsun” deyə-deyə elə bilir ki, hələ hər şey qabaqdadır. Sonra bir gün dayanıb arxaya baxır və anlayır ki, əslində həyatının ən gözəl günləri çoxdan arxada qalıb.

İndi desələr ki, səni istədiyin bir günə qaytaracağıq, nə var-dövlət istəyərdim, nə vəzifə, nə də şöhrət. Bir yay axşamına qayıtmaq istəyərdim. Tozlu bir küçəyə…

Ayağımda rezin başmaq, əynimdə rəngi günəşdən solmuş köynək, əlimdə köhnə top. Anam uzaqdan səsləyəydi:

-Ay bala, gəl evə!

Mən də özümü eşitməzliyə vuraydım.  Bir az da oynayım, bir az da…

Amma o vaxt hardan biləydim ki, ananın səsini eşitmək də bir gün həsrətə çevrilə bilər.

Atam işdən qayıdanda qapının ağzında dayanıb ona baxardım. Əlində həmişə nəsə bir şey olardı. Bəzən bir paket peçenye, bəzən bir ovuc tum, bəzən də cəmi üç dənə konfet. O üç konfet mənə elə gəlirdi ki, dünyanın ən böyük sərvətidir. Bölüşərdim məndən kiçik bacılarımla.

İndi mağazalarda min cür şirniyyat var. Amma o üç konfetin dadını heç yerdə tapa bilmirəm.

Bir dəfə qonşuda ləqəbi “Korka” olan cüvəllağı bir oğlanla kart oynayırdıq. Atam küçədən keçəndə bizi gördü, qolumdan tutub öz məhləmizə gətirdi və darvazadan içəri keçən kimi ömründə ilk  və sonuncu dəfə mənə bərk bir sillə vurdu. Mən də axşama qədər heç    danışmadım. Gecə yatanda hiss etdim ki, kimsə üstümü örtür. Gözümü açmadım. Bilirdim ki, atamdır. Sonra başımı sığalladı. Heç nə demədi. Mən də heç nə demədim. Amma ikimiz də bilirdik ki, səhər hər şey qaydasında olacaq.

İndi o günləri xatırlayanda sillənin ağrısını yox, başımı sığallayan əlin hərarətini xatırlayıram.

Həyətimizdə iri bir tut ağacı vardı. Yay gələndə ağacın altı qaralardı. Anam hər dəfə əsəbiləşərdi ki, yenə ağaca çıxmısınız.

Əlbəttə çıxmışdıq. Ən yuxarı budağa çıxmaq qəhrəmanlıq sayılırdı. Əllərimiz, üzümüz, köynəklərimiz tut ləkəsindən qaralardı. Sonra həyətdəki kranın altında dayanıb yuyunardıq. Elə bilirdik ki, həyat bundan ibarətdir. Və doğrudan da ibarət imiş…Çünki o vaxt heç kim bizdən heç nə gözləmirdi. Nə uğur, nə  vəzifə, nə pul. Sadəcə uşaq olmağımız kifayət edirdi.

İndi isə böyümüşük. Adamların üzünə baxıb nə düşündüklərini bilmək istəyirik. Hansının səmimi, hansının yalan danışdığını anlamağa çalışırıq.Bəzən üzünə gülən adamın arxanca danışdığını öyrənirik. Hətta saxta profil açıb sənə böhtanlar, təhqirlər yazdığını bulirik. Bəzən heç tanımadığın adam da sənə elə bir böhtan atır ki,donub qalırsan. Bəzən bir vaxtlar dost dediyin adamın yadlaşdığını görürsən. Sonra anlayırsan ki, uşaqlıq təkcə yaş deyilmiş. Uşaqlıq insanın qəlbinin ən təmiz vaxtı imiş. O vaxt heç kimdən şübhələnmirdik. Heç kimdən ehtiyat etmirdik. Sabahı düşünmürdük. Pensiyanı, krediti, xəstəliyi, dərdi bilmirdik. Ən böyük problemimiz topumuzun partlaması idi. Ən böyük sevincimiz isə yağışdan sonra küçəyə çıxmaq.

Bu gün uşaqların günüdür. Allah bütün uşaqları qorusun. Amma bir arzum da var. Kaş bircə günlüyünə o köhnə həyətə qayıda biləydim. Anamın səsini eşidəydim. Atamın qapıdan içəri girdiyini görəydim. Anama nənəsindən  qalan samovarın qoxusunu duyaydım. Və heç nə olmamış kimi yenə küçəyə qaçaydım. 

Çünki insanın yaşlandıqca ən çox darıxdığı yer uşaqlığı olur. Ən ağır həsrəti isə bir daha qayıda bilməyəcəyi günlər…

Hamlet Qasımov
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri