Icma.az
close
up
RU
Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 27 Sentyabr Anım Günü qeyd edilib

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 27 Sentyabr Anım Günü qeyd edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım Günü ilə əlaqədar tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı qeyd edib ki, əsrlər boyu xalqımızın taleyində çoxsaylı faciələr yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin sentyabrın 27-si isə müasir Azərbaycanın tarixində qürurla anılacaq bir gündür. Həmin gün başlanan savaşda Azərbaycanın igid övladları qanları, canları bahasına 30 il işğalda olan Qarabağı işğaldan azad etdi, xalqımızın tapdalanan qürurunu geri qaytardı. Erməni vandallarının xalqımıza qarşı iki əsrdən çox həyata keçirdikləri işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu.

Sonra Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid qardaşların atası Elman Məmmədova çıxış edib. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın ermənilərin arzusunu ürəyində qoyduğunu, rəhbər, ordu və xalq birliyinin Vətən müharibəsində Qələbəni təmin edən ən başlıca amil olduğunu qeyd edib.

Daha sonra Vətən müharibəsi qazisi Tural Məmmədov əsgər və zabitlərimizin şücaətindən, dövlətin və xalqın qazilərə qayğısından danışıb və belə bir tədbirin keçirilməsinə görə institut rəhbərliyinə təşəkkür edib.

İnstitutun kiçik elmi işçisi Könül Müseyibli çıxışında lokal-antiterror tədbirlərində şəhid olmuş qardaşının müharibə zamanı göstərdiyi şücaətlərdən və qəhrəmanlıqlardan danışıb. O, Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələri nəticəsində yaşayış məntəqələrimizin bir-birinin ardınca azad edildiyini, cəbhədən qələbə xəbərləri gəlməkdə davam etdikcə Prezidentimizin verdiyi bu müjdələrin xalqımıza sonsuz sevinc və qürur hissləri yaşatdığını qeyd edib.

Daha sonra tədbirdə çıxış edən professor Arif Əfəndi, Qadınlar Şurasının sədri Esmira Quluzadə, Vilayət Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi şücaətdən danışaraq bildiriblər ki, şəhidlərin və qazilərin hesabına biz artıq alnıaçıq və üzüağ gəzirik, onların hesabına Vətənimiz bütövləşdi. Eyni zamanda, natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri