Icma.az
close
up
RU
Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 2026 2030 cu illər üçün elmi prioritetlər müəyyənləşib

Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 2026 2030 cu illər üçün elmi prioritetlər müəyyənləşib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında 2026–2030-cu illər üçün elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclasda institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, kimya elmləri üzrə aparılacaq tədqiqatlar Azərbaycanın sosial-iqtisadi inkişafı, ekoloji problemlərin həlli və “yaşıl enerji” hədəflərinə xidmət etməlidir. Onun sözlərinə görə, hidrogen energetikası, alternativ enerji mənbələri üçün funksional materialların alınması, ekoloji təhlükəsiz texnologiyaların yaradılması, dekarbonlaşma, tullantıların emalı və neft-kimya sənayesinin yan məhsullarından səmərəli istifadə kimi sahələr xüsusi əhəmiyyət daşıyır.

Müzakirələrdən sonra institutun 2026–2030-cu illər üçün əsas prioritet istiqamətləri təsdiqlənib:

1. Mineral xammal kimi alunitin emalı və tullantılardan qiymətli maddələrin alınması üçün yaşıl texnologiyalar;

2. Alternativ enerji mənbələri üçün nanomateriallar;

3. Biokütlə və biotullantıların emalı, tullantı sularının təmizlənməsi və toksiki maddələrin zərərsizləşdirilməsi;

4. Ağır neftlərin xassələrinin modelləşdirilməsi;

5. Birkarbonlu birləşmələrin katalitik və elektrokimyəvi reduksiyası ilə kiçik molekullu olefinlərin alınma texnologiyası;

6. Yaşıl oksidləşdiricilər və karbon əsaslı nanokatalizatorlar;

7. Yeni qeyri-üzvi nanomaterialların sintezi və bu prosesdə süni intellektin tətbiqi;

8. Fizioloji fəal koordinasion birləşmələr, nanobiokompozit materiallar və “ağıllı” polimerlərin hazırlanması.

Yekunda akademik Dilqəm Tağıyev vurğulayıb ki, innovativ və fundamental tədqiqatlara paralel şəkildə üstünlük verilməli, ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilməlidir. O qeyd edib ki, laboratoriya və şöbə müdirləri elmi-tədqiqat planlarını 2026–2030-cu illərin bu prioritetləri əsasında hazırlamalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri