Kataliz və Qeyri üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 fevral, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İtaliyanın Roma şəhərində Frascati Milli Nüvə Fizikası İnstitutunun professoru Stefano Bellucci ilə birgə əməkdaşlıq çərçivəsində müzakirələr aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində kataliz və qeyri-üzvi kimya sahəsində birgə tədqiqatların aparılması perspektivləri, müasir eksperimental və nəzəri metodlardan istifadə edərək müştərək layihələrin həyata keçirilməsi, elmi məqalələrin hazırlanması, konfrans və seminarlardın təşkili, həmçinin mümkün patentlər üzərində iş aparılması müzakirə olunub.
Göstərilən istiqamətlər üzrə tərəflər müqavilə imzalayıblar.
Bu görüş və müzakirələrin nəticəsi olaraq, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə uzunmüddətli elmi layihələrin həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Fevral 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















