Icma.az
close
up
RU
Katolikosun açıqlaması siyasi riyakarlıqdır İlahiyyatçı

Katolikosun açıqlaması siyasi riyakarlıqdır İlahiyyatçı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tural İrfan: Erməni məhkumların təhvil verilməsi sülhün əməli nəticəsidir

Azərbaycanda məhkum edilmiş dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsi regionda davam edən sülh prosesi çərçivəsində baş verən hadisə kimi qiymətləndirilir. Məsələ ilə bağlı bütün ermənilərin katolikosu II Qaregin açıqlama verərək bildirib ki, “dörd erməninin vətənlərinə qayıtması xəbəri bizim üçün təsəlli və sevinc mənbəyi oldu”.

Qeyd edək ki, Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyanı dünən Azərbaycan Ermənistana təhvil verilib. Rəsmi məlumatlara görə, proses Azərbaycan və Ermənistan arasında formalaşan sülh gündəliyinin praktik nəticəsi kimi həyata keçirilib.

İlahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında Azərbaycana qarşı müxtəlif cinayətlərdə ittiham olunaraq məhkum olunmuş dörd erməni əsilli şəxsin Ermənistana təhvil verilməsinin ölkələr arasında bərqərar olmuş sülhün əməli nəticələri olduğunu söyləyib:

"Əsas olan onlar və onlar kimi şəxslərin əməlindən peşman olaraq bir daha xalqımıza, dövlətimizə qarşı mənfi niyyətlərə düşməməsidir. Sülh prosesinə və əhvalına uyğun olaraq ümid edirik ki, Ermənistan hökuməti bunu dərk edəcək və bu yöndə öz vətəndaşlarını tərbiyə, islah edəcəkdir. Sülh prosesinin sürətli və dinamik davamlılığını təmin etmək üçün bu cür mübadilələrin olması da təbiidir. Şübhəsiz ki, qarşılıqlı maraqlar müqabilində münasibətlərin nizama salınması hər halda sülhün etibarlı olmasına xidmət edir. Erməni katolikosun bu halı təqdir etməsi siyasi riyakarlıqdır. Ona görə ki, həmin şəxsləri və onun kimi digərlərini vaxtilə Azərbaycan xalqına qarşı qan tökməyə təhrik və təşviq edənlərdən biri də məhz Qaregin olub. Hazırda baş nazir Paşinyanın kilsə ilə mübarizəsinin kökündə dayanan problemlərdən biri də məhz Qareginin ziddiyətli şəxsiyyəti ilə bağlıdır. Paşinyana qarşı siyasi çevrilişə fitva verən katolikos indi ermənilərin geri verilməsinə sevindiyini deyirsə, kimə minnətdar olmalı olduğunu unutmamalıdır". 

İlahiyyatçı bu prosesin Azərbaycan dövlətinin və dövlət başçısının ümumi regionda daimi sülhü təmin etməyə yönəlmiş siyasətinin bariz nümunəsi olduğunu deyib: 

"Artıq sərhəddə qan tökülmür, sabitlik davam edir. Revanşist mövqeyini tərk etməyən katolikosun bu açıqlaması Paşinyan hökumətinin hədəfindən yayınmağa və özünü islah olunmuş göstərməyə yönəlmiş addımdır. O, nəinki ermənilərin qayıtmasına görə, ümumiyyətlə Ermənistanla sülhə razı olduğuna görə bütün Azərbaycan xalqına və dövlətinə minnətdar olmalıdır. Ermənistanda hazırda kilsə və dövlət arasında sabitlik yoxdur. Baş nazir katolikosun əvəzlənməsini istəyir. Burada müxtəlif səbəblər var. Əgər baş nazir bu münasibətləri nizama sala bilsə və islahatlar aparsa, Ermənistan və Azərbaycanın dini konfessiyalarının təmsilçilərinin də görüşü, münasibətləri mümkün ola bilər. Amma hələlik erməni kilsəsinə başçılıq edənlər revanşist təfəkkürlü, vaxtilə əli qana batmış, qana fitva vermiş şəxslərdir". 

Müsahibimiz hakimiyyət dəyişsə də kilsənin sistemi və rəhbərliyinin dəyişmədiyini vurğulayıb: 

"Əgər yeni vəziyyəti, sülh və sabitlik yolunu qəbul edib bu amala səmimi xidmət edən katolikos gələrsə, dini, mədəni, mənəvi yöndə də sülh havasına uyğun qarşılıqlı münasibətlərin də normallaşması baş tutacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri