Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Paşinyan katolikosun ailəsinə hücum edir

Paşinyan katolikosun ailəsinə hücum edir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri katolikos II Qareginin qardaşı oğlu ən azı iki ay həbsdə yatacaq. Ölkə hakimiyyəti onu seçki prosesinə müdaxilə etməkdə və tabeliyində olanları müxalifətin mitinqlərində iştiraka məcbur etməkdə ittiham edir. Dünyəvi hakimiyyətin ruhani hakimiyyətə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
İrəvan Şəhər Birinci İnstansiya Cinayət Məhkəməsi Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanları onu seçki hüquqlarının həyata keçirilməsinə və seçki komissiyalarının işinə mane olmaqda (6 ilədək həbs), habelə insanları mitinqlərdə iştiraka məcbur etməkdə (5 ilədək həbs) ittiham edir.
Cinayət işi Hovhannavank kilsəsinin rektoru keşiş Aram Asatryanın İctimai Televiziyada verdiyi açıqlama ilə bağlı “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının hesabatı əsasında açılıb. Din xadimi 2021-ci ildə müxalifətin mitinqlərinə öz istəyi ilə deyil, yuxarılarının göstərişi ilə qatıldığını bildirib.
"Arxiyepiskop Mkrtıçın işi o qədər "dövlət əhəmiyyətlidir" ki, onun üçün yaradılmış istintaq qrupu 54 müstəntiqdən ibarətdir. 54 müstəntiq Erməni Apostol Kilsəsi ilə bağlı məsələlər üzərində işləyir və heç nəyi şansa buraxmır",- yepiskopun vəkili Yerem Sarkisyan bildirib.
Onun sözlərinə görə, bu, Ermənistan üçün görünməmiş haldır.
Bununla belə, Proşyan adi yepiskop deyil, katolikosun qardaşı oğludur.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan son bir neçə aydır ki, II Qaregini korrupsiyada və subaylıq andını pozmaqda ittiham edərək, dövlət çevrilişi cəhdində iştirakına eyham vuraraq istefaya məcbur etməyə çalışır.
Proşyan oktyabrın 15-də səhər tezdən saxlanılıb. Ondan başqa, 12 din xadimi, bir mühasib, bir xəzinədar və Araqatsotn yeparxiyasının məmuru da tutulub. Muqnidəki Müqəddəs Gevork kilsəsinin rektoru, Araqatsotn yeparxiyasının rəhbəri, keşiş Qaregin Arsenyan bir ay müddətinə həbs edilib.
Təhlükəsizlik rəsmiləri hesab edir ki, o, cinayətlərin törədilməsində Proşyana kömək edib. Qalan məhbuslara şahid statusu verilib.
"Araqotn yeparxiyası rəhbərinin, kahinlərin və yeparxiya əməkdaşlarının qanunsuz cinayət təqibi hakimiyyətin başlatdığı mütəşəkkil antikilsə kampaniyasının növbəti təzahürüdür. Bu cür qınaq obyekti açıq-aşkar bədxassəli məqsəd güdür: kilsənin normal fəaliyyətini iflic etmək, nüfuzunu sarsıtmaq”, - Erməni Apostol Kilsəsinin katolikosu II Qareginin mətbuat xidməti bildirib.
Bundan başqa, Erməni Apostol Kilsəsi hesab edir ki, Ermənistan hakimiyyəti bu cür repressiv tədbirlərdən istifadə etməklə din azadlığı hüququnu kobud şəkildə pozur, dindarların dini hisslərini təhqir edir, nifrət toxumu səpir, düşmənçilik salır və sosial parçalanmanı dərinləşdirir. Buna baxmayaraq, kilsə öz xadimlərini təxribatlara boyun əyməməyə və keşişləri qorumağa çağırır.
Öz növbəsində səlahiyyətlilər Proşyanın evində aparılan axtarışın nəticələri barədə məlumat veriblər. Təhlükəsizlik qüvvələri avro, dollar, rubl və dram bağlamaları aşkar ediblər.
Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan təhlükəsizlik fotolarından birində mövhumata görə, uğurlar gətirəcəyi güman edilən iki dollarlıq əsginasa diqqət çəkdirib. "Bu insanlar Allaha inanmaq əvəzinə boş şeylərə inandıqları halda necə dəli olmayasan! Onlar İsa Məsihin davamçıları deyil, onlar Ceffersonun (iki dollarlıq əskinasda təsvir olunan üçüncü ABŞ prezidenti – red.) davamçılarıdır", - Arutyunyan bildirib.
Politoloq Tiqran Koçaryan hesab edir ki, hakimiyyət katolikosun ətrafını həbs etməklə kifayətlənəcək, lakin onu rahat buraxacaq. "Erməni ənənələrinə görə II Qareginə birbaşa hücum etmək çətindir. Bunun əvəzinə Paşinyan, məsələn, "Ermənistanın Apostol Kilsəsi" adlanacaq alternativ kilsə yaratmağa cəhd edə bilər. Üstəlik, bu təşkilatın rəhbəri baş nazirlə razılaşdırılacaqdı, biz artıq Konstantinopol Erməni Patriarxlığının fəaliyyət göstərdiyi Türkiyədə də buna bənzər bir şey görürük”, - deyə Koçaryan NG-yə bildirib.
Hər halda, üç EAK yeparxiyasının rəhbəri hazırda dəmir barmaqlıqlar arxasındadır: Araqatsotnlu Proşyan, Şiraklı Mikael Ajapaxyan və Tavuşlu Baqrat Qalstanyan. Ajapaxyan artıq dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası alıb.
Oliqarx Samvel Karapetyan kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən olub. Konkret olaraq o, bəyan edib ki, parlament müxalifəti Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacaq.
Buna cavab olaraq Ermənistan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə çağırışda ittiham edib və həbs edib. Onu 5 ilə qədər həbs gözləyir. O, artıq 110 gündən çox dəmir barmaqlıqlar arxasında yatıb və oktyabrın 15-də onun həbs müddəti daha bir ay uzadılıb. Karapetyan həbsdə olduğu müddətdə Paşinyan ona məxsus olan Ermənistanın Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesinə başlayıb.
Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see617

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see418

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see282

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see281

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see279

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see270

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see265

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see263

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see247

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see238

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see235

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see228

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see227

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see226

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see210

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see209

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see206

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see184

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see184

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri