Icma.az
close
up
RU
Katolikosun agent qardaşına görə antiyeparxial addımı

Katolikosun agent qardaşına görə antiyeparxial addımı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yepiskoplar Ali Ruhani Şuranın toplantısının Avstriyada keçirilməsinə qarşıdırlar

Erməni Apostol Kilsəsi ilə hökumət arasında münasibətlər öz gərginliyini qoruyub saxlamaqda davam edir. Tərəflər arasında qarşılıqlı ittihamlar ölkənin ictimai-siyasi gündəminin əsas mövzularından biri olaraq qalmaqdadır.

Rəsmi İrəvan kilsə institutunun siyasi proseslərə müdaxiləsinin yolverilməz olduğunu bəyan edir. Eyni zamanda, hökumət kilsədə islahatlar aparılmasının zəruriliyini bildirir. Hökumətin islahat kursu kilsənin açıq müqaviməti ilə qarşılaşır. Mövcud qarşıdurma erməni cəmiyyətində parçalanma riskini daha da dərinləşdirir.

Bu istiqamətdə “Hraparak” qəzetinin yazdıqları diqqəti cəlb edir. Qəzet öz mənbələrinə istinadən yazır ki, hakimiyyət dairələrində baş nazir Nikol Paşinyanın yeni dini təşkilat yaratmaq niyyəti ilə bağlı narahatlıqlar meydana gəlib. Bu narahatlıqlar Paşinyanın milad bayramı ərəfəsində – yanvarın 5-də erməni kilsəsinin islahatı üçün koordinasiya şurasının yaradıldığını və “yol xəritəsi”nin təqdim edildiyini açıqlamasından sonra güclənib. Qəzetin qiymətləndirməsinə görə, nəticədə, baş nazir rəsmi qaydada dini təşkilat kimi qeydiyyatdan keçəcək yeni struktur formalaşdırıla bilər.

Bu arada N.Paşinyanın bütün ermənilərin katolikosu II Qareginin ünvanına səsləndirdiyi ağır ittihamlar diqqətdən yayınmayıb. Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında katolikosu “İsa Məsihi satmaqda” ittiham edib: “Ktriç Nersisyan (II Qaregin–S.H.) İsa Məsihi satıb, müqəddəs Erməni Apostol Kilsəsini, onun davamçılarını və öz inanclı icmasını satıb. O, ali patriarx deyil, İsa Məsihi satan bir satqındır”.

Katolikosa qarşı çıxan Ovanavank monastırının baş keşişi, ierey Ter Aram isə II Qareginin ruhani rütbəsindən məhrum edildiyini bəyan edib. Baş keşişin yerli mediada yayılan açıqlamasında bildirilib: “Əziz inanclılar, bir daha diqqətinizə çatdırırıq ki, əvvəllər Araqatsotn yeparxiyasında xidmət etmiş Ktriç Nersisyan və Samvel Xaçatryan (keçmiş yepiskop Arşak) ruhani rütbəsindən məhrum ediliblər və onların icra etdiyi heç bir ayin (xaç suyuna salma, nikah, dəfn mərasimi, liturgiya, evin təqdis edilməsi və ya digər rituallar) etibarlı hesab edilmir. Sizi bu barədə məlumatlandırmağı özümüzə borc sayırıq ki, bilməyərəkdən özünüzü yanlışlığa sürükləməyəsiniz və günah işlətməyəsiniz”.

Xatırladaq ki, ierey Ter Aram (Stepan Asatryan–S.H.) katolikos II Qareginə qarşı açıq şəkildə çıxış edən ilk ruhanilərdən olub. O, bəyan edib ki, katolikos açıq şəkildə günahı təşviq edir və hamını özünə bənzətməyə çalışır. Məhz bu səbəbdən II Qaregin “üsyankar” keşişi ruhani rütbəsindən məhrum edib. Ermənistan hakimiyyəti isə öz növbəsində, katolikosun bu qərarını legitim hesab etmədiyini açıqlayıb.

Ümumiyyətlə, Hayastanda din xadimləri II Qareginin özbaşınalığına qarşı çıxışlarını davam etdirirlər. “Üsyankar” yepiskoplardan biri – Gevorq Saroyan katolikosun onu Masiatsotn yeparxiyasının rəhbəri vəzifəsindən azad etməsi barədə qərarını məhkəmədə mübahisələndirmək qərarına gəlib. Kütləvi informasiya vasitələri bildirirlər ki, bu, müstəqil Ermənistan tarixində bənzər qəbildən olan ilk məhkəmə iddiasıdır, çünki konstitusiyaya əsasən kilsə dövlətdən ayrıdır. Hazırda yeparxiya rəhbərinin səlahiyyətlərini katolikos tərəfindən təyin edilmiş iyeromonax Ruben Zarqaryan icra edir.

Onu da bildirək ki, II Qaregin yanvarın 13-də Ali Ruhani Şuranın iclasında 16-19 fevral tarixlərində Ermənistan hüdudlarından kənarda fəaliyyət göstərən erməni yepiskoplarının toplantısını çağırmaq niyyətini açıqlamışdı. Erməni mediası yazır ki, toplantının ölkə xaricində keçirilməsinin səbəbi kimi II Qareginin qardaşı, Ermənistanda xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Yezras Nersisyanın iştirakının təmin edilməsi göstərilib.

Məlumata görə, şura üzvlərinin bir çoxu yepiskopların toplantısının Eçmiədzindən kənarda keçirilməsinə qarşı çıxıblar. İlkin mərhələdə Ktriç Nersisyan bu məsələni açıq saxlayıb. Lakin iclasın sonunda o, zalı tərk edib, bir müddət sonra geri qayıdaraq toplantının Avstriyada keçiriləcəyini elan edib. İclas iştirakçıları bu qərardan əvvəl onun Yezrasla məsləhətləşdiyini düşünüblər. Bundan əlavə, katolikos Ermənistan vətəndaşlığı olan yepiskopların şengen vizaları ilə təmin olunmaları barədə göstəriş verib və bir neçə gün əvvəl onun tapşırığı ilə Artik yeparxiyasının rəhbəri, arxierey Narek Avaqyanın viza aldığını bildirib. “Beləliklə, Ktriç Nersisyan faktiki olaraq Erməni Apostol Kilsəsinin ali ruhani mərkəzi – Birinci Taxt-Tac Müqəddəs Eçmiədzini kənarda qoyaraq antiyeparxial addımlar atır. Diqqətçəkən məqam ondan ibarətdir ki, o, əvvəlcə toplantının bütün dünya ermənilərinin ruhani mərkəzi olan Birinci Taxt-Tac Müqəddəs Eçmiədzində deyil, Rumıniyada keçirilməsini təklif edib”, – deyə erməni mediasında dərc olunan yazıda bildirilir.

* * *

Beləliklə, aydın olur ki, Ermənistanda hakimiyyətlə kilsə arasında dərinləşən qarşıdurma artıq siyasi və ideoloji mübarizə müstəvisinə keçib. Paşinyanın kilsəyə qarşı sərt üslubu, II Qareginin legitimliyinin açıq şəkildə şübhə altına alınması və paralel olaraq yeni dini struktur yaradılması ehtimalları bu qarşıdurmanın təsadüfi olmadığını göstərir. Proseslər onu deməyə əsas verir ki, söhbət təkcə islahatlardan deyil, kilsənin ənənəvi nüfuzunun zəiflədilməsi və onun siyasi təsir imkanlarının məhdudlaşdırılmasından gedir.

“Hraparak” qəzetinin yazdıqları bu kontekstdə xüsusi diqqət çəkir. Qəzetin iddiasına görə, Paşinyanın təşəbbüsü ilə yaradılan koordinasiya şurası və təqdim olunan yol xəritəsi gələcəkdə rəsmi qeydiyyatdan keçmiş alternativ dini təşkilatın formalaşdırılmasına zəmin yarada bilər. Bu isə Ermənistan üçün əvvəllər görünməmiş bir vəziyyətdir. Çünki indiyədək Erməni Apostol Kilsəsi təkcə dini institut deyil, həm də milli kimliyin əsas dayaqlarından biri kimi çıxış edib. Hakimiyyətin bu dayağı sarsıtmaq cəhdləri cəmiyyətdə yeni parçalanma xəttinin yaranmasına səbəb ola bilər.

Paşinyanın katolikosa ünvanladığı “İsa Məsihi satmaq” kimi ağır ittihamlar isə siyasi ritorikanın hansı həddə çatdığını açıq şəkildə nümayiş etdirir. Bu cür ifadələr dini polemikadan çox, kütləvi auditoriya üçün hesablanmış siyasi mesaj təsiri bağışlayır. Baş nazir, faktiki olaraq, kilsə rəhbərini mənəvi nüfuzdan məhrum etməyə, onu ictimai rəydə gözdən salmağa çalışır. Bu, eyni zamanda, Paşinyanın öz tərəfdarları üçün köhnə sistemlə mübarizə tezislərini gücləndirmək məqsədi daşıyır.

II Qareginin erməni yepiskoplarını Eçmiədzindən kənarda – Avstriyada toplamaq qərarı mövcud böhranın miqyasını daha da genişləndirir. Erməni mediasının yazdığı kimi, bu addımın arxasında onun qardaşı Yezras Nersisyan amili dayanırsa, bu, kilsə rəhbərliyinin qərarlarının xarici faktorlarla əlaqələndirilməsi riskini artırır. Belə bir şəraitdə Erməni Apostol Kilsəsi həm daxildən, həm də xaricdən ciddi təzyiqlərlə üz-üzə qalır. Hakimiyyətlə kilsə arasında qarşıdurmanın hansı həddə çatacağı, yeni dini strukturun yaradılıb-yaradılmayacağı və bu proseslərin cəmiyyətə təsiri yaxın dövrdə Hayastanın daxili sabitliyi üçün həlledici olacaq.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri