Kaxaber Sxadadze: “Oyunların tempi artıb”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının II turunda "Qəbələ" "Şamaxı"nı qəbul edib - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.
"İlk 15 dəqiqədə yaxşı oynadıq. Qol şansı yaratdıq, amma onu sona çatdıra bilmədik. Oyunun qurulmasında böyük rol oynayan futbolçular var, amma təəssüf ki, məsələn, Bruno Silva təsir göstərə bilmədi. O və digər cinah oyunçusu Meşak Uboçioma komandanın oyununu anlamağa başlamalıdırlar. Onlar oyunun tempini başa düşməlidirlər. Bunu uzun müddətdir deyirəm. Azərbaycan çempionatında oyunların tempi artıb. Sonra yenidən toparlandıq və təzyiq göstərməyə başladıq. Çoxlu qol şansı yaratdıq, amma qol vura bilmədik. Oyundakı üstünlüyümüzdən yararlana bilmədik".
- Komanda mövsümdə ilk xalını qazandı, amma hələ qol vurmamısınız. Psixoloji təzyiq var?
- Əlbəttə ki, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç matçdır ki, qol vurmamışıq. Normaldır. Bu, məşqçilər heyətinə və oyunçulara təzyiq göstərir. Amma bu gün istədiyimiz oyuna daha yaxın oynadıq.
“Neftçi”dən yeni transfer - RƏSMİ Qərb derbisinə 5000 bilet satılıb Deku "İmişli"də - RƏSMİ II Liqa: İlk turun təyinatları bəlli olub Qurban Qurbanovun “günahı” – Bu xalqa çox şey yaşatdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Avqust 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















