Icma.az
close
up
RU
Kaxaber Sxadadze: Sevinirəm ki, bu qədər fürsətlərimiz olur

Kaxaber Sxadadze: Sevinirəm ki, bu qədər fürsətlərimiz olur

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turunun "Karvan-Yevlax" – "Qəbələ" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Xeyli sayda qol imkanlarımız oldu. 3,4 yox, 6-7 fürsətimiz var idi. Oyunçularım yaxşı oynadı, hər birindən razıyam. Qol epizodlarımızı dəyərləndirə bilmədik və rəqib fərqləndi. Uşaqlar yaxşı çalışdılar. Sonradan meydana daxil olan oyunçular üçün zaman lazımdır ki, daha yaxşı olsunlar.

– Oyunun qırılma nöqtəsinin əvəzetmələr olduğunu düşünmürsünüz?


– Razıyam. Lakin sonradan meydana daxil olanlar da bizim oyunçularımızdır. Düzdür, gözlədiyimiz oyunu ala bilmədik. Məsələn, Quimbiyanın sürəti, texnikası var, ancaq bunu görmədik. İstənilən halda, komandadakı hər oyunçuya şans verməliyik ki, onları görək. İbrahim Sanqare komandaya yeni qoşulub və uyğunlaşması üçün vaxta ehtiyacı var.

– Start heyətdə ötən mövsümdən 6 oyunçu var idi. Bunun hansı mənfi və müsbət tərəfləri oldu?


– Yaxşı oyunçularımız var. Şahin, Eşqin, Nicat ötən mövsümün yaxşılarından olub. Onlardan razıyam. Komandada təcrübəli oyunçular var. Məsələn, Doni Massumo Azərbaycana gələnə qədər peşəkar oynamamışdı, ötən il çempionatda bombardir oldu.

– Premyer Liqa səviyyəsindədirlər?


– Burda oynayırlarsa, deməli, hə.

– Qarşınıza hansı hədəf qoyulub?


– Hədəf çempionatda mümkün qədər yuxarı yerlərdə olmaq və möhkəmlənmək. Aşağı liqadan gələn klub üçün "Qarabağ", "Zirə" kimi komandalara qarşı oynamaq çətindir. Məqsəd yerimizi qorumaqdır. Heç bir komandadan çəkinməyəcəyik.

– Hakimlikdən razı qaldız? Etirazlarınız oldu…


– Emosional durum idi. Hakimlərlə bağlı bir şey deyə bilmərəm. Bəzən elə bilirdim meydanda oynayıram.

– Qol vura bilməməyiniz rəqib qapıçının ustalığı ilə bağlı idi, yoxsa hücumçularınızın ustalığı çatmadı?


– Təcrübə çatışmazlığı oldu. Əsas odur ki, qol imkanları yarada bilirik. Sevinirəm ki, bu qədər fürsətlərimiz olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Avqust 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see147

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see121

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see119

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see116

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see115

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri