Kaxaber Tsxadadze: Bu gün bəxt bizdən üz döndərmişdi
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Qəbələ" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunlardan istifadə edə bilmədik. Lazım olmayan anda sadə qollar buraxırıq. Sonra oyunu ələ aldıq. Qol epizodlarından istifadə etmək lazımdır. Futbolçularıma bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə belə bəsit qollar buraxmaq olmaz. Bəxt amilini də vurğulamaq lazımdır. Bu gün bəxt bizdən üz döndərmişdi.
- Bundan sonra penaltiləri Seydina Keyta vuracaq?
- Əvvəlki oyunda da əslində Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.
- Yanvardan sonra Ba Luanın performansında eniş hiss olunur. Siz necə düşünürsüz?
- Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsində proses uzandı. Ona görə də hazırlıq prosesinə gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.
- İsmael Akinadenin start heyətində yer almamasının səbəbi nə idi?
- Son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 28 Fevral 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















