Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Gərəksiz qol buraxdıq

Kaxaber Tsxadadze: Gərəksiz qol buraxdıq

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağı olan "Qəbələ" 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:

"Oyun haqqında çox qısa deyə bilərəm ki, gərəksiz qol buraxdıq. Komanda əslində yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır".

- 4 tur çərçivəsində güclü komandalara qarşı oynadığınızı qeyd etmək olar?

- Təqvim haqda ilk 4 turun ağır olduğunu deyə bilərik. Amma hansı turda olmasından asılı olmayaraq bu komandalarla oynamalı idik. Bu oyuna gəlsək, səmimi deyə bilərəm ki, rəqib bizi çox da üstələmədi. Ehtiyyat oyunçularımız azdır.Komandada rəqabət olmalıdır. Biz ötən oyunlara baxsaq, yalnız "Araz-Naxçıvan" bizi qoldan sonra üstələdi.

- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?

- Hazırda millinin baş məşqçisi var axı, Ayxan Abbasov.(gülür). Subyektiv fikrimcə, milli komandada yerli baş məşqçi işləsə daha yaxşı olar. Çünki, mən özüm də bir vaxtlar Gürcüstan millisində çalışmışam. Bu elə bir məsələdir ki, millidə baş məşqçinin oyunçularla çalışmağa çox da vaxtı olmur. Onları qısa müddətdə oyunlara hazırlamaq lazımdır. Psixoloji baxımından baş məşqçinin oyunçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Birəbir ünsiyyət həmin anda daha yaxşı effektiv olur. Ayxan Abbasov 2 gün ərzində millidə olmağı komandada özünü büruzə verdi. Mən demirəm ki, Santuş zəif məşqçidir. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa daha uğurlu ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Sentyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri