Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər

Kaxaber Tsxadadze: İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qəbələ" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, "Qəbələ"nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. "Qarabağ" kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq futbolçular taktiki baxımdan çox düzgün oynadılar. "Qarabağ"ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz (Qədir Ramazanov) Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.

- Yeni qapıçı transferi ilə bağlı yenilik var?

- Hələ ki bir şey yoxdur. Bir qapıçı gözləyirdik. Onun da başına gələnləri bilirsiz. Ukraynada orduya apardılar. Hazırda başqa variant yoxdur.

- Prins Ovusuya qırmızı vərəqəyə görə irad bildirəcəksiz?

- Əlbəttə ki, yox. Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu çətinliklə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qayda pozuntusu yox idi. Sürüşdü, ona görə qaydanı pozdu. "Qarabağ"ın özü üçün də yaxşı olardı ki, vacib oyundan öncə 11 nəfərə qarşı oynasınlar. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində bu cür "qırmızı" ilə bağlı şərh vermək çətindir.

- "Qəbələ"dən bu mövsüm hansı nəticəni gözləyək?

- Hər oyunda döyüşəcəyik. Əlbəttə ki, məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

- "Araz-Naxçıvan" azlıqda qalandan sonra "Qarabağ" 5 qol vurdu. Bu gün sizin komandanız sona qədər mübarizə apardı. Maraqlıdır, matçdan əvvəl məşqçilərin qırmızı vərəqə ilə bağlı planları olur?

- 2-ci dəqiqədə yox da (gülür). Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi çıxanda gərək dəyişiklik edəsən. Belə olanda oyunu yenidən qurmaq çətinləşir. "Qırmızı"dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. Bir daha vurğulayıram, futbolçularıma təşəkkür edirəm. "Qarabağ" tamamilə fərqli səviyyənin komandasıdır. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see565

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri