Kaxaber Tsxadadze: Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə...
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsinsən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq". Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis Birinci Liqada 13-cü turun "Difai" ilə matçı haqda fikirlərini bölüşüb. O, komandasının 1:0 hesablı qələbəni şərh edib:
"Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə, çox keyfiyyətlidirlər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq".
Qeyd edək ki, I Liqada 13 turdan sonra aktivində 33 xal olan "Qəbələ" zirvədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















