Icma.az
close
up
RU
Kaya Kallas: “Son 100 ildə Rusiya 19 ölkəyə hücum edib”

Kaya Kallas: “Son 100 ildə Rusiya 19 ölkəyə hücum edib”

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna hazırda sülhə heç vaxt olmadığı qədər yaxındır. Bununla belə, o, mümkün razılaşma istiqamətində Kiyevi atıla biləcək riskli addımlardan çəkinməyə çağırıb. 
Bizim.Media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu fikirləri Brüsseldə Aİ xarici işlər nazirlərinin iclası ərəfəsində səsləndirib.
“Donbas Putinin son hədəfi deyil. Əgər Donbası əldə etsələr, qala yıxılacaq və bundan sonra bütün Ukraynanı ələ keçirməyə davam edəcəklər. Əgər Ukrayna Donbasdan geri çəkilsə, digər regionlar da təhlükə altına düşəcək. Biz bunu tarixdən bilirik və onun dərslərini öyrənməliyik. Davamlı sülh üçün təcavüzkara heç bir güzəşt olmamalıdır”, – deyə Kallas vurğulayıb.
Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərindən danışan diplomat qeyd edib ki, bunlar “sadəcə kağızlar və ya vədlər” ola bilməz.
“Bunlar real qoşunlar və real imkanlar olmalıdır ki, Ukrayna özünü qoruya bilsin. Artıq dediyim kimi, son yüz ildə Rusiya ən azı 19 ölkəyə hücum edib, bəzilərinə hətta üç-dörd dəfə. Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib. Ona görə də təhlükəsizlik zəmanətlərinə Rusiyanın yox, digərlərinin ehtiyacı var”, – deyə o əlavə edib.
 

Kallasın sözlərinə görə, bu həftə Ukraynanın maliyyələşdirilməsi məsələsinin həlli baxımından “çox vacibdir” və hazırda masada “bir neçə variant” mövcuddur.


“Ən etibarlı variant reparasiya krediti hesab olunur və biz məhz bunun üzərində işləyirik. Hələ məqsədə çatmamışıq, proses getdikcə daha da çətinləşir, amma iş davam edir. Hələ bir neçə günümüz var”, – deyə Aİ rəsmisi yekunlaşdırıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri