Kayli Minouqun mahnıları süni intellektə öyrədilib?
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstraliyalı məşhur müğənnilərin əsərlərinin süni intellekt sistemlərinin hazırlanmasında istifadəsi müəllif hüquqları ilə bağlı mübahisəni yenidən gündəmə gətirib.
Kulis.az xəbər verir ki, Beynəlxalq Musiqi Nəşriyyatçıları Konfederasiyası Kayli Minouq və Nik Keyv kimi sənətçilərin mahnılarından onların razılığı və müvafiq ödəniş olmadan istifadə edildiyini iddia edir.
Təşkilatın açıqlamasına görə, “Google”un “Gemini” sistemi müəllif hüquqları ilə qorunan bəzi mahnı sözlərini təkrarlaya bilir. Musiqi sənayesinin nümayəndələri hökuməti texnologiya şirkətlərinin təzyiqi qarşısında müəllif hüquqlarını zəiflətməməyə çağırırlar.
Məsələ təkcə Avstraliya üçün deyil, dünyada musiqi əsərlərinin süni intellekt təlimində istifadəsinə dair gələcək qaydalar baxımından da əhəmiyyətlidir.
İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar "Dünyanın kalipso kralı" vəfat etdi Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 19 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















