Icma.az
close
up
RU
Kayrat , Dastan və bizimkilər Aydın Bağırov yazır

Kayrat , Dastan və bizimkilər Aydın Bağırov yazır

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan çempionu "Qarabağ"la yanaşı neçə vaxtdır UEFA Çempionlar Liqasında bir komanda da uğurlu çıxışı ilə hamını təəccübləndirməkdədir: "Kayrat" Qazaxıstan. 

Köhnədən tanışdır bizə. Ən son isə 2021-ci ildə Kurban Berdıyevin baş məşqçiliyi dövründə bu Almatı klubu "Qarabağ"la iki dəfə Konfrans Liqasının qrupunda qarşılaşmışdı. Hər iki matçda da uduzmuşdu. İkisində də 1:2 hesabı ilə.

Amma artıq dövran dəyişib. Hamı inkişafdadır.  "Kayrat" da, "Qarabağ" da. Qabağa getmək əvəzinə hər il geriləyən isə təkcə bizim bu bədbəxt milli komandadır, bir də pul sarıdan xoşbəxt klublarımız. İndi gözümüzü açıb görürük ki, qonşularımızdan "Kayrat" qabağına çıxanı uda-uda gəlib çıxıb Çempionlar Liqasında pley-off mərhələsinə. 

ÇL-in əvvəlki 3 mərhələsində Sloveniyanın "Olimpiya", Finlandiyanın "KuPS", Slovakiyanın "Slovan" komandalarından üstün olub. Baş məşqçilərini də bir ətək pul xərcləyərək xaricdən gətirməyiblər. Yerli mütəxəssisdir. 46 yaşlı Rafael Urazbaxtin. Əvvəl elə "Kayrat"ın özündə baş məşqçinin köməkçisi olub, 2024-ün sentyabrında isə baş məşqçi təyin edilib. 

İndi onun rəhbərliyi altında Almatı təmsilçisi bizim "Kəhər atlar" kimi artıq Avropanın birnömrəli klub yarışının pley-off mərhələsindədir. Dünən Şotlandiyada Brendan Rodjersin baş məşqçisi olduğu "Seltik"lə heç-heçə etməklə (0:0) növbəti sensasiyaya imza atıblar. 

Halal olsun! Bu o deməkdir ki, cavab matçındakı istənilən hesablı qələbə qazaxları ÇL-in Liqa mərhələsinə aparacaq.

Sonuncu dəfə "Seltik"lə görüşdə "Kayrat"ın əsas heyətinin 3 futbolçusu yerli oyunçu olub. Onların arasında bir ad isə xüsusən diqqət çəkir: 17 yaşlı mərkəz hücumçusu Dastan Satpayev. Bəs, kimdir bu Satpayev? Elə "Kayrat"ın özünün yetirməsi. 7 oyuna artıq 3 qol vurmaqla döğma komandasının ÇL-dəki bombardiridir!

Futbolun bəlkə də gələcək ulduzlarından olacaq. İstedad və potensialı sayəsində bu yaşda ölkəsinin əsas millisində (!) artıq 2 rəsmi oyunda meydana çıxıb. Bu ilin qışında isə İngiltərə nəhəngi "Çelsi" klubu onunla müqavilə bağlayıb. Amma yeni komandasına yalnız 2026-cı ildə qoşulacaq. 

Dastan 17 yaşında futbolda dastan yazmağa başlayıb. 17 yaşda ÇL-də 3 qol vurub. Milli komandaya cəlb edilib. "Çelsi" kimi böyük bir futbol məktəbinin gələcək üzvü olub.

Bunu düşənəndə istər-istəməz gözünün qabağına bizimkilər gəlir. Amma onda da artıq danışmaq, yazmaq istəmirsən. Çünki yorulmuşuq. Bu haqda oxumaqdan, eşitməkdən, dinləməkdən yorulmuşuq. Hamı bilir, hamı qəbul edir ki, hücumçu yetişdirmək, futbolçu yetişdirmək futbola, klublara cavabdeh olanların, ordan cibini dolduranların işidir. Onların yetişməməsi onillərdir sırf səriştəsizlikdən, biganəlikdən qurulmayan doğru sisteminin problemidir. 

Amma futbol idarəçilərinin illərdir beyninə girmir bu fikir. Ona görə ən yaxşı legionerimiz ən yaxşı halda Almaniyada 2-ci liqada oynayır... (Mahirin haqqına girmədən).

Ən yaxın qonşularımızın gənclərinin sorağı isə PSJ-dən, "Mançester Siti"dən, "Çelsi"dən gəlir...

Aydın Bağırov, Qol.az

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri