Icma.az
close
up
RU
Dastan 17 yaşında necə dastan yazır?

Dastan 17 yaşında necə dastan yazır?

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan çempionu "Qarabağ"la yanaşı neçə vaxtdır UEFA Çempionlar Liqasında bir komandada da uğurlu çıxışı ilə hamını təəccübləndirməkdədir: "Kayrat" Qazaxıstan. 

Köhnədən tanışdır bizə. Ən son isə 2021-ci ildə Kurban Berdıyevin baş məşqçiliyi dövründə bu Almatı klubu "Qarabağ"la iki dəfə Konfrans Liqasının qrupunda qarşılaşmışdı. Hər iki matçda da uduzmuşdu. İkisində də 1:2 hesabı ilə.

Amma artıq dövran dəyişib. Hamı inkişafdadır.  "Kayrat" da, "Qarabağ" da. Qabağa getmək əvəzinə hər il geriləyən təkcə bizim bu bədbəxt milli komandadır, bir də pul sarıdan xoşbəxt klublarımız. İndi gözümüzü açıb görürük ki, qonşularımızdan "Kayrat" qabağına çıxanı uda-uda gəlib çıxıb Çempionlar Liqasında pley-off mərhələsinə. 

ÇL-in əvvəlki 3 mərhələsində Sloveniyanın "Olimpiya", Finlandiyanın "KuPS", Slovakiyanın "Slovan" komandalarından üstün olub. Baş məşqçilərini da bir ətək pul xərcləyərək xaricdən gətirməyiblər. Yerli mütəxəssisdir. 46 yaşlı Rafael Urazbaxtin. Əvvəl elə "Kayrat"ın özündə baş məşqçinin köməkçisi olub, 2024-ün sentyabrında isə baş məşqçi təyin edilib. 

İndi onun rəhbərliyi altında Almatı təmsilçisi bizim "Kəhər atlar" kimi artıq Avropanın birnömrəli klub yarışının pley-off mərhələsindədir. Dünən Şotlandiyada Brendan Rodjersin baş məşqçisi olduğu "Seltik"lə heç-heçə etməklə (0:0) növbəti sensasiyaya imza atıblar. 

Halal olsun!

 
Bu o deməkdir ki, cavab matçındakı istənilən hesablı qələbə qazaxları ÇL-in Liqa mərhələsinə aparacaq.

Ən son elə "Seltik"lə görüşdə "Kayrat"ın əsas heyətinin 3 futbolçusu yerli oyunçu olub. Onların arasında bir ad isə xüsusən diqqər çəkir: 17 yaşlı mərkəz hücumçusu Dastan Satpayev. 

Bəs, kimdir bu Satpayev? Elə həmin "Kayrat"ın futbol akademiyasının yetirməsi. 7 oyuna artıq 3 qol vurmaqla "Kayrat"ın ÇL-dəki bombardiridir!

Futbolun bəlkə də gələcək ulduzlarından olacaq. İstedad və potensialı sayəsində bu yaşda ölkəsinin əsas milli komandasında (!) artıq 2 rəsmi oyunda meydana çıxıb.

Bu ilin qışında isə İngiltərə nəhəngi "Çelsi" klubu onunla müqavilə bağlayıb. Amma yeni komandasına yalnız 2026-cı ildə qoşulacaq. 

Dastan 17 yaşında futbolda dastan yazmağa başlayıb. 17 yaşda ÇL-də 3 qol vurursan.Milli komandaya cəlb olunursan. "Çelsi" kimi böyük bir futbol məktəbinin gələcək üzvü olursan. 

Bunu düşənəndə isə istəsən də, istəməsən də gözünün qabağına bizimkilər gəlir. Amma onda da artıq danışmaq, yazmaq istəmirsən. Çünki yorulmuşuq. Bu haqda oxumaqdan, eşitmətdən, dinləməkdən yorulmuşuq. Hamı bilir, hamı qəbul edir ki, hücumçu yetişdirmək, futbolçu yetişdirmək futbola, klublara cavabdeh olanların, ordan cibini dolduranların işidir. Onların yetişməməsi onillərdir sırf səriştəsizlikdən, biganəlikdən qurulmayan doğru sisteminin problemidir. 

Amma futbol idarəçilərinin illərdir beyninə girmir bu fikir. Ona görə ən yaxşı legionerimiz ən yaxşı halda Almaniyada 2-ci liqada oynayır... (Mahirin haqqına girmədən).

Ən yaxın qonşularımızın gənclərinin sorağı isə PSJ-dən, "Mançester Siti"dən, "Çelsi"dən gəlir...

Aydın Bağırov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri