Icma.az
close
up
RU
Pul futbol oynamır... Aydın Bağırov yazır

Pul futbol oynamır... Aydın Bağırov yazır

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aydın Bağırov

***

Pul futbol oynasa idi Joze Mourinyonu istefaya göndərən "Fənərbaxça" bu mövsüm Çempionlar Liqasınına vəsiqə qazanardı.

"Qarabağ" kimi. "Kayrat" kimi.

Bəli, pul futbol oynamır. Əgər pul futbol oynasa idi supertransferlər üçün ayrılan astronomik məbləğlər komandalara saysız-hesabsız kuboklar qazandırardı. Baxın "Əl-Nəsr"ə. Təkcə Ronaldoya yüz milyonlar xərcləyib. Amma nə olsun?! Onun gəlişindən sonrakı 2 ildə bu komanda Asiya nədir, heç Ərəbistan çempionu da ola bilməyib.

Yəni futbolda uzunmüddətli uğurun təməlində çat verməyəcək futbol sistemini qurub-qura bilməməyin dayanır. Bunu da hər məşqçi bacarmır. Amma ortada yaxşı nümənələr də var: Klopp ("Liverpul"), Qvardiola ("Barselona", "Mançester Siti"), Luis Enrike (PSJ)...

Və bir də özümüzün Qurban Qurbanovumuz var. Təkrar biliyin anasıdır deyiblər. Avropa üçün məhdud sayılan maddi imkanlarla dalbadal 12 ildir komandasını avrokubokların əsas mərhələsinə çıxarıb. Onlardan ikisi lap böyük komandaların yarışdığı Çempionlar Liqasıdır. Yeri gəlmişkən, Avropada təsnifatdan başlayaraq belə uğurlu məsafə qət edən ikinci komanda yoxdur. Bircə komanda var. O da bizim "Qarabağ"dır.

Bu qeydləri niyə edirəm?

Ölkəmizdə yaxşı futbol nümunələri də var. Və bu nümunələr sosial şəbəkərlərdəki "futbol müəllimləri"nin kütləvi məsləhətləri ilə yaranmır.

Uğurlar, qələbələr göydən zənbillə düşmür. Çempionlar Liqasının Liqa mərhələsini də xonçada gətirib bizə pay vermirlər.

Qurban Qurbanovu Bakıda nə vaxt axtarsan ya "Qarabağ"ın bazasındakı iş otağında tapacaqsan, ya da özünün idman zalında. Yəni həyatını tamamilə futbola həsr edib. Həm də peşəkarlıqla, vicdanla, məsuliyyətlə. Və vətənpərvərliklə. Uğuru da ona görə qazanır ki, o da Klopp, Qvardiola, Luis Enrike kimi öz sistemini qurub. Bunun adı "Qarabağ" futbol sistemidir.

Uğuru ona görə qazanır ki, saatlarla, günlərlə rəqibi ən incəliyinə qədər təhlil edir. Stadionlarda, TV qarşısında, notbukun monitoru önündə...

Gətirdiyi futbolçular isə ona görə uğurlu olur ki, onları Yutubdakı aldadıcı videoların təsirinə düşərək seçmir. Peşəkar seleksiya komandasının, yardımçılarının, nəhayət, özünün iti futbol zehninə arxalanaraq transfer edir.

Yəni yuxarıda qeyd edildiyi kimi, yaxşı futbol adamlarımız, məşqçilərimiz, futbolçularımız, klubumuz da var.

"Qarabağ" adlı bir futbol sistemiz var.

Ona görə də bu gün Mourinyonu istefaya göndərən, transferlərə tırlarla dollar xərcləyən Türkiyənin futbolu belə bizim "Qarabağ"dan, Qurban Qurbanovdan yüksək hörmətlə danışır, onu özlərinə örnək göstərir.

Çünki...

... Pul futbol oynamır.

Yazı müllifin feysbuk səhifəsindəngötürülüb!

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Avqust 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri