Icma.az
close
up
RU
Keçmiş deputatlar indi nə iş görürlər? FOTO

Keçmiş deputatlar indi nə iş görürlər? FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin (MM) keçmiş deputatlarının hazırkı fəaliyyəti və mandatlarını başa vurduqdan sonra həyatlarının necə dəyişməsi ictimai maraq doğuran mövzulardandır. Bir vaxtlar parlamentdə təmsil olunan, qanunvericilik prosesində iştirak edən və ictimai-siyasi gündəmdə yer alan sabiq parlament üzvlərinin indi hansı sahələrdə çalışdıqları, fəaliyyətlərini necə davam etdirdikləri maraqla qarşılanır. Bununla yanaşı, deputat mandatı başa çatdıqdan sonra gündəlik həyatlarında və ictimai əlaqələrində müəyyən dəyişikliklərin baş verdiyini deyənlər də var. Bəs eks deputatları bu gün nə işlə məşğuldurlar?

Avtosfer.az xəbər verir ki, Oxu.Az onların bir neçəsi ilə əlaqə saxlayaraq bu suallara cavab tapmağa çalışıb.

MM-in I çağırış deputatı Yusif Bağırzadə bildirib ki, fəaliyyəti başa çatandan sonra - 2003-2007-ci illərdə MSK üzvü olub:

"Bundan sonra isə müxtəlif vəzifələrdə çalışmışam. Hazırda siyasi şərhçi kimi fəaliyyətimi davam etdirirəm. Sabiq həmkar dostlarımla da təmaslarım var və hətta yüksək səviyyədədir".

Parlamentin III, IV, V və VI çağırış deputatı Rüfət Quliyev isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışır:

"İqtisad Universitetinin professoruyam, elmi işlə məşğulam. Daha çox isə şirkətlərə məsləhətlər verirəm. Şəxsi biznesimdən isə elə o vaxtdan uzaqlaşmışam. Beynimi, zehnimi işlədirəm. Məncə insan belə daha çox qazanc əldə edə bilər. Yəni indi daha sərbəst işlərlə məşğulam və mandat itirmək təhlükəm yoxdur. Düzdür, itirib-axtaranların sayı azalıb, amma düşünürəm ki, bu da normal haldır".

Milli Məclisin IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlı isə hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə Heyətinin üzvüdür:

"Bununla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və müdafiə ərəfəsində olan seminar rəhbəriyəm. Mən deputat olanda bir çox şeylərdən məhrum idim, sərbəstliyim yox idi. Amma indi daha çox vaxtım var. Həm də səhhətimə görə fəaliyyətimi geniş tətbiq edə bilmirdim. Ona görə də öz istəyimlə kənarlaşdım. Dostlarım isə bu gün də məni itirib-axtarırlar".

Sabiq deputat Tahir Kərimli hazırda İsmayıllı rayonunda yaşayır:

"Günümün çoxunu rayonda keçirirəm. Ailəmə daha çox vaxt ayırıram, həyət-bacada işləyirəm, mütaliə edirəm və günümü belə keçirirəm. Deputat fəaliyyətim başa çatandan sonra isə vaxtilə edilən zənglərin, itirib-axtaranların sayı kifayət qədər azalıb. Partiya sədri kimi də istefa vermişəm".

Milli Məclisin V çağırış deputatı Dilarə Cəbrayılova fəaliyyətini məktəb direktoru kimi davam etdirir:

"Mən deputat olanda da müəllim idim, indi də. Bakı şəhəri 295 nömrəli məkəbin direktoruyam. Həmin məktəb Nardaranda yerləşir. Burada təhsilin keyfiyyəti, qızların məktəbə cəlb olunması və sair işlərə görə məsuliyyət daşımışam və bir o qədər də öhdəsindən gəlmişəm. Bu gün də həmin fəaliyyətimi davam etdirirəm".

Milli Məclisin V çağırış deputatı Sona Əliyeva isə mandatını itirəndən sonra rəsmi olaraq işsiz qaldığını deyib:

"Hazırda "Təhsilli gələcək" İctimai Birliyinin sədriyəm. Yəni fəaliyyətimi təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirir, bu istiqamətdə müəyyən layihələr həyata keçirirəm. Təbii ki, rəsmi işin olması özünü sığortalamaqdır, lakin belə də həyatımda qeyri-adi bir dəyişiklik yoxdur. Sadəcə, mandatımı itirəndən sonra xahiş edənlər daha yoxdur. Keçmiş həmkarlarımla da əlaqələrim davam edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri