Keçmiş Formula 1 pilotu həbs edilib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabiq Formula 1 pilotu Antonio Pitsoniya ABŞ-nin Texas ştatında baş vermiş insidentdən sonra həbs edilib.
XQ "FormulaPassion.it" saytına istinadən xəbər verir ki, hadisə uşaqlar arasında keçirilən kartinq yarışı zamanı baş verib.
Məlumata görə, Pitsoniyanın oğlu ilə digər bir gənc pilotun atası arasında mübahisə yaranıb. Keçmiş F1 sürücüsü mübahisəyə müdaxilə edərək qarşı tərəfə fiziki təzyiq göstərib.
45 yaşlı idmançı "bədən xəsarəti yetirməkdə" ittiham olunaraq saxlanılıb. Sonradan onun girov müqabilində şərti olaraq azadlığa buraxıldığı bildirilir.
Qeyd edək ki, Antonio Pitsoniya 2003-2005-ci illərdə "Yaquar" və "Uilyams" komandalarının heyətində çıxış edib.
Bu mövzuda digər xəbərlər:Keçmiş Formula 1 pilotu həbs edildi
02 Sentyabr 2025 11:16
Keçmiş Formula 1 pilotu saxlanıldı
30 Noyabr 2025 12:13
Formula 1 in keçmiş pilotu VƏFAT EDİB FOTO
02 May 2026 15:15
Formula 1 in keçmiş sahibindən Hemilton məsləhət
05 Avqust 2025 19:53
Keçmiş F1 pilotu Maks Ferstappenə “Formula 1”dən getməyi məsləhət görüb
05 Aprel 2026 07:17
Baxış sayı:94
Bu xəbər 13 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















