Keçmiş icra başçısının oğlunun güllələdiyi şəxsin son vəziyyəti AÇIQLANDI
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yevlaxda baş verən silahlı insident zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 16-da, saat 11:40 -da 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Yevlax rayonunun Qoyunbinəsi kəndində güllələnmə hadisəsi baş verib.
Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Z.Səmədov özünə məxsus ov tüfəngi ilə Q.Novruzova atəş açaraq onu ayağından yaralayıb.
Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı, 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















