Keçmiş məcburi köçkün: Kəndimizə qayıtmağımıza çox sevinirəm
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mən Cəbrayılı heç vaxt görməmişəm. Uşaq yaşlarımdan bəri ailəmlə Bakıxanovda məcburi köçkünlük həyatı yaşamışıq. Atamdan, anamdan, böyüklərimizdən Cəbrayıla, kəndimizə dair hekayələr eşitmişəm, onların xatirələri ilə böyümüşəm. Mənim üçün o yerlər uzun illər xəyal kimi olub – heç getmədiyim, amma hər zaman görmək istədiyim bir yurd”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Pərviz Balacayev deyib.
O hazırda həmin xəyalının gerçəyə çevrildiyini deyib.
“Kəndimizə qayıtmaq, orada yaşamaq imkanı yaranıb. Buna görə çox sevinirəm. Bu, bizim ailənin illərlə ürəyində daşıdığı həsrətin bitməsi, mənim isə heç vaxt görmədiyim, amma hər zaman mənə doğma olan torpağa addım atmağımdır. İndi Horovlunu öz gözlərimlə görmək, o torpaqda yaşamaq və oradan yeni xatirələr yaratmaq istəyirəm”, - deyə Horovlu sakini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















