Keçmiş müsavatçı Əli Kərimlinin “PKK” ilə əlaqələrini ifşa etdi TƏHLİL
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Mühacirətdə olan jurnalist Elbəy Həsənli: “Şahin Cəfərli və professor Altay Göyüşov əl-ələ verib Qərbin Azərbaycandakı maraqlarını təmin edirdilər”
Bir qədər əvvəl yazmışdım ki, 21-ci əsr Türk əsridir. Türkün gücü, qüdrəti dünyanın hər bir bölgəsində hiss olunur və qəbul edilir. Baxmayaraq ki, bəzi məkrli dairələr, pozucu qüvvələr müxtəlif vasitə və üsullarla türkün qətiyyətini sarsıtmağa, mübarizəsini əngəlləməyə, hədəfindən yayındırmağa çalışır. Lakin həqiqət ondan ibarətdir ki, istəklərinə nail ola bilməyirlər, hər dəfə acı məğlubiyyətlə üzləşirlər. Bu baxımdan tam qətiyyətlə qeyd etmək olar ki, bəşəriyyət mövcud olduqca türklük yaşayacaq və var olacaq. İndiki mərhələdə görünən ondan ibarətdir ki, Türkiyəyə və Azərbaycana qarşı terror aktları həyata keçirənlər tədricən təslim olmağa və ağ bayraq qaldırmağa başlayıblar. Qarabağda kök salmış beynəlxalq terror təşkilatının erməni fəallarının və onların təsiri altında olan silahlı dəstələrin məhv edilməsindən sonra Türkiyəyə qarşı terror aktlarının əsas iştirakçısı olan “PPK” da təslim olmağa başlayıb. “PKK” lideri Abdulla Öcalanın bütün qruplar silahı yerə qoymalı və "PKK özünü buraxmalıdır" çağırışından sonra İraq, Suriya bölgələrində yer alan “PKK” terror təşkilatının qruplaşmaları silahı yerə qoyacaqlarını bəyan ediblər. İraqdakı “PKK” terror təşkilatının üç qruplaşmasının ardınca Suriya qolu da silahı yerə qoyacaqlarını açıqlayıblar. Kürdüstan İşçi Partiyası (“PKK”) terror təşkilatının Suriya qolu kimi tanınan “PYD”-nin lideri Salih Müslim A. Öcalanın çağırışını dəstəklədiyini bəyan edib. Kürdüstan Fəhlə Partiyasının (“PKK”) 5-7 may tarixlərində keçirilən 12-ci qurultayında “PKK”-nın buraxıldığını və Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan edib. Qurultayın yekun bəyannaməsində qeyd olunur ki, qurultay “PKK”-nın təşkilati strukturunun buraxılması və silahlı mübarizəni dayandıraraq, PKK adı altında təşkilatın fəaliyyətinə son qoyulmasını qət edib.
Terrorçuların silahı yerə qoyub, “PKK”-nın ləğv edilməsinə qərar veriləcəyi gözlənilən idi. Çünki terrorçular gec də olsa başa düşüblər ki, Türkün gücü, qüdrəti və böyüklüyü qarşısında duruş gətirmələri mümkünsüzdür. Həm də anlayıblar ki, ayaqda qalmaq, ən azı nəfəs almaq istəyirlərsə, təslim olmalılar, belə də oldu, artıq terrorçular sağ qalmaq ümidi ilə silahı yerə qoyduqlarını və “PKK” -nı ləğv etdiklərini bəyan ediblər. Bu qərar çoxlarını, o cümlədən “PKK”-nı yaradanları narahat etsə də, reallıq ortadadır - terror təşkilatı tarixin arxivinə göndərildi.
“PKK”-nın buraxılmasından Əli Kərimli narahat olub
Diqqətçəkən məqam ondan ibarətdir ki, Qarabğda erməni terrorçularının məhv edilməsindən pərişan olan Azərbaycanın dağıdıcı müxalifəti, eyni ilə “PKK”-nın özünü buraxmasından məmnun qalmayıb. Qarabağda terrorçuların qalması ilə AXCP, Milli Şura, Müsavat kimi təşkilat rəhbərləri Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı sifarişli ittihamlar irəli sürmək imkanına malik idilər, artıq bu imkandan məhrum olunublar. “PKK”-nın mövcudluğunu itirməsi ilə dağıdıcı müxalifət terrorçu təşkilat üzərindən qrant almaqdan məhrum olunur. Nəzərə almaq lazımdır ki, tez-tez KİV-lər də AXCP sədri Əli Kərimlinin və ərtrafının “PKK” liderləri ilə əlaqələrinə dair yazılar dərc olunur. Təbii ki, bu yazılar əsaslıdır və faktlara söykənir. Çünki “od olmasa, tüstü çıxmaz” məsəli səbəbsiz yerə deyilməyib. Dəfələrlə AXCP-nin sədr müavini Seymur Həzi Abdulla bir nömrəli terrorçu Ocalanın yaxın adamı, “HDP” sədri Selahaddin Demirtaşla görüşüb və AXCP-“HDP” əməkdaşlığı ətrafında müzakirələr aparıb. Selahəddin Demirtaş ifşa olunub, həbsə atıldıqdan sonra AXCP sədri Əli Kərimli və S,Həzi qara geyinib, qara-qura fikirlər, yazılarla çıxış etdilər. Hətta S.Həzi Selahaddin Demirtaşı “siyasi məhbus” adlandırıb, onu “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirdi. Bu mövzuda daha ətraflı və tam əsaslı fikirlərlə Müsavat partiyasının keçmiş üzvü, hazırda mühacirət həyatı yaşayan jurnalist Elbəy Həsənli çıxış edib. O özünün sosial səhifə hesabında yazdığı statusunda qeyd edir ki, 2023-cü ilin fevralında AXCP-nin sədr müavini Seymur Həzi Selahaddin Demirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandırdı. Onu “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirdi.
E.Həsənli statusunda diqqəti S.Həzinin sayıqlamasından bir qədər sonra S.Həzi ilə eyni qazandan qidalanan Şahin Cəfərli adlı birisinin sərsəmləməsinə yönəldir. Bildirir ki,1-2 həftə sonra politoloq Şahin Cəfərli oxşar fikrilər səsləndirdi: “Selahaddin Demirtaş çox ciddi fiqurdur. Türkiyənin önəmli siyasi liderlərindən biridir. Ölkədə iç barışı təmin etmək, kürd problemini həll etmək baxımından onun oynayacağı rola böyük ehtiyac var. Kürd əhali arasında o, çox ciddi nüfuza malikdir. Selahaddin Demirtaş və “HDP” əsla “PKK”-nı dəstəkləmir...”
E.Həsənli yazır: “Lütfən, “Selahaddin Demirtaş və “HDP” əsla “PKK”-nı dəstəkləmir” fikrinə diqqət edin. “Foreign Policy”nin “kürdlərin Obaması” adlandırdığı Selahaddin Demirtaş 13 noyabr 2012-ci ildə öz çıxışında belə demişdi: “Alana gelmeden önce bir müdahale olmuş, demişler ki, Abdullah Öcalan posterini asamazsınız. Onu diyenlere açıkça sesleniyoruz; Kürtlerin katili Kenan Evrenin heykelini dikebiliyorlar da, bu halk önderinin posterinimi açamaz? Siz ne diyorsunuz be! Biz bu meydana Başkan Aponun heykelini dikeceğiz, heykelini!” Başqa bir misal: Çıxışlarında “Kürt Halk Önderi Sayın Abdullah Öcalan” deməkdən sayın Dəmirtaşın dili qabar olmuşdu...
Yəni Selahaddin Demirtaşın sözünün canı o ki, “HDP” Aponu özünə başkan hesab edir və onun əmri ilə törədilmiş kütləvi qətlləri də cinayət saymır. Cinayətkara heykəl qoyulmaz ki? Başqa bir fakt: 2016-cı ildə o, Almaniya mediasına açıqlamasında birmənalı danışır: ”Biz (yəni “HDP”) “PKK”’yi terrör örgütü olarak tanımlamıyoruz”.
“Şahin Cəfərli Azərbaycanla Fransa arasında baş verən olaylarda həmişə Fransanın yanında yer alıb, elə Altay Göyüşov da”
E.Həsənli haqlı suallarla çıxış edir: “Bu necə oldu ki, Seymur Həzi və Şahin Cəfərli qısa zaman kəsiyində bir-biri ilə səsləşən oxşar fikirlər dilə gətirdilər? Çünki hər ikisi eyni mərkəzdən idarə olunur. Konkret desəm, Şahin Cəfərli professor Altay Göyüşovun Qərbdən aldığı qrantlar hesabına ortaya qoyduğu bəlli layihədə-Bakı Elmi-Tədqiqat İnstitutunda çalışırdı. Əl-ələ verib Qərbin Azərbaycandakı maraqlarını təmin edirdilər. Məsələn, Şahin Cəfərli Azərbaycanla Fransa arasında baş verən olaylarda həmişə Fransanın yanında yer alıb, elə Altay Göyüşov da. Sayın professor Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi "Mərkəzi Avrasiya Xrestomatiyası" adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya Komitəsinin üzvüdür. Ay bərəkallah...
Şahin Cəfərlinin heyranlıq duyduğu CHP bax həmin bu HDP ilə sonuncu prezident seçkiləri zamanı danışıqlar apardı. O vaxt Kamal Kılıcdaroğlu belə bir bəyanat verdi: “Cümhur Başkanı seçileceğim takdirde kürt halkının terror suçlularını serbest burakacağım!”
E.Həsənli statusunda keçmiş əqidə dostunu ittiham etməyi də unutmur: “Son statusunda da hörmətli Şahin Cəfərli sayın Tayyib Ərdoğanın xətaya yol verdiyi nitqinə əsasən ortaya belə tezislər atdı ki, Türkiyə məzhəbçi-sünni bir ölkədir, şiə Azərbaycana da nifrət edir. Türkiyənin Turan qurmaq fikri də nağıldır. Türkiyədəki qeyri-sünni türklərə belə ikinci növ insan kimi baxırlar. Yəni Türkiyənin başını buraxın, siz də ermənilər kimi Fransadan-Qərbdən yapışın... Səlahaddin Dəmirtaş indi kürdlərlə türklər arasında körpü olmaq istədiyini bildirir. “Allah Ərdoğana can sağlığı versin” deyir... Ancaq mən əminəm ki, Selahaddin Demirtaşın səlahiyyəti olsa, Türkiyəni darmadağın edər. İndi quzu kimi mələməyinə baxmayın...”
E.Həsənlinin statusunu əsaslı hesab edən sosial şəbəkə istifadəçiləri yazdıqları şərhləri ilə açıq şəkildə Ə.Kərimlini və onun ətrafında olan qrant dəllallarını ittiham edirlər. Məsələn, Ahmed Mardanov adlı istifadəçi E.Həsənlinin statsunun şərh bölümündə yazır: “Xarici qrantlarla yaşayan itlər xozeyinin işarəsi ilə hürürlər”. Başqa bir istifadəçis Taleh Qasımlı isə yazır: “Sonra da belələrini həbs edəndə deyirsiniz ki, “siyasi məhbus”. Əgər vaxtında belləri ilə yumşaq davransaydılar bu gün Qarabağ bizim olmayacaqdı. Bunlara verilən pullar dolayısı yolla erməni diasporundan gəlir. O ki qaldı demokratiya filan, boş-boş söhbətlərdir”.
Bir sözlə, görünən ondan ibarətdir ki, istər Azərbaycan cəmiyyətində, istərsə də xaricə bu və digər səbəblərdən üz tutan soydaşlarımız AXCP sədri Əli Kərimlinin və ətrafında fırlanan trolların qrant əldə etmək üçün terror təşkilatları ilə əməkdaşlıq münasibətləri qurmaqdan çəkinmədiklərini bilirlər. Ona görə də, ürəyi Azərbaycan və Türkiyə ilə döyünən hər bir kəs narahatdır və bu cür separatçı əlaqələrin Türk birliyininə zərər vurduğunu çəkinmədən ittiham edirlər. Hətta keçmiş müsavatçı, cəbhəçi və digər siyasi dərnəklərin üzvü olanlar belə, mövcud reallıqlar qarşısında ədalətli mövqedən çıxış edirlər. Əli Kərimli və onun ətrafındakı satqın və xəyanətkar məxluqlara gəlincə isə, onların tarxin arxivinə göndərilmələrinə çox az vaxt qalıb.
İLHAM ƏLİYEV


