Icma.az
close
up
RU
Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, DİM 2016-cı ildə yaradılıb. Ondan əvvəl ali məktəblərə qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təşkil edib. Komissiya 1992-ci ildən fəaliyyət göstərib.

Vurğun Əyyub – 1992–1993-cü illər

TQDK-nın ilk sədri Vurğun Əyyub olub. O, 21 iyul 1992-ci ildə bu vəzifəyə təyin edilib və 30 iyul 1993-cü ilədək komissiyaya rəhbərlik edib.

Vurğun Əyyub sədr təyin olunmazdan əvvəl pedaqoji fəaliyyətlə məşğul olub, milli-azadlıq hərəkatında iştirak edib.

Sədr vəzifəsindən ayrıldıqdan sonra da pedaqoji və ictimai-siyasi fəaliyyətini davam etdirib. Vurğun Əyyub 24 sentyabr 2019-cu ildə vəfat edib.

Kamran İmanov – 1993–1995-ci illər

Vurğun Əyyubdan sonra TQDK sədri vəzifəsinə Kamran İmanov gətirilib. O, 30 iyul 1993-cü ildə bu posta təyin olunub və 15 yanvar 1995-ci ilədək komissiyaya rəhbərlik edib.

Kamran İmanov sədr vəzifəsinə TQDK sədrinin birinci müavini postundan gəlib. Bundan əvvəl Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda prorektor və birinci prorektor vəzifələrində çalışıb.

TQDK-dan ayrıldıqdan sonra 1995–2006-cı illərdə Müəllif Hüquqları Agentliyinin sədri olub. Daha sonra bir müddət İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəhbərlik edib. 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qayıdıb. Hazırda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.

Faiq Nağıyev – 1995–1996-cı illər

Kamran İmanovdan sonra 17 iyun 1995-ci ildə Faiq Nağıyev TQDK-nın sədri təyin edilib. O, bu vəzifədə 9 iyun 1996-cı ilədək çalışıb.

Faiq Nağıyevin sədr təyin olunmazdan əvvəlki vəzifəsi, eləcə də sonrakı fəaliyyəti barədə açıq mənbələrdə ətraflı və etibarlı məlumat yoxdur.

Məleykə Abbaszadə – 2000–2016-cı illər

Məleykə Abbaszadə 1994-cü ilin avqustunda TQDK sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 15 yanvar 1995-ci ildən 17 iyun 1995-ci ilədək, eləcə də 9 iyun 1996-cı ildən 5 oktyabr 2000-ci ilədək komissiyaya sədr əvəzi kimi rəhbərlik edib. 5 oktyabr 2000-ci ildə isə rəsmən TQDK sədri təyin olunub.

O, TQDK sədrinin birinci müavini vəzifəsinə gəlməzdən əvvəl Azərbaycan "İstedad” Assosiasiyası sədrinin birinci müavini olub. Həmçinin Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda şöbə müdiri və Azərbaycan Neft-Kimya İnstitutunda aparıcı elmi işçi kimi çalışıb.

Məleykə Abbaszadə 2016-cı ilədək TQDK-ya rəhbərlik edib. Həmin ilin aprelində Dövlət İmtahan Mərkəzinin rəhbəri təyin olunub, 2024-cü ildə isə qurumun İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

19 noyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri