Icma.az
close
up
RU
Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi FOTOLAR

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zaman axdıqca, şəhərlər də insanlar kimi dəyişir və yeni cizgilər qazanır.
Modern.az saytının "Keçmişdən gələcəyə" adlı rubrikasında eyni bucaqdan baxaraq şəhərlərin yarıməsr boyunca keçdiyi vizual təkamülü sizinlə paylaşırıq. Bu müqayisəli kadrlar 50 il əvvəlin nostalji sükutu ilə bu günün dinamik ritmini bir araya gətirir.
Bu fotoşəkil bizi XX əsrin ortalarına, qədim Gəncənin küçələrinə apararaq şəhərin nəqliyyat keçmişindən maraqlı bir kadrı canlandırır. Şəkildə diqqəti cəlb edən əsas məqam, 1930-1970-ci illər aralığında Gəncənin mərkəzi körpüsü üzərindən keçən, şəhər sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsi olmuş tramvaydır. Arxa fonda klassik sovet memarlığı üslubunda tikilmiş bina və körpünün girişində ucalan heykəl, o dövrün şəhər mənzərəsini, tramvay, avtobus və motosikletlərin bir arada hərəkət etdiyi rəngarəng nəqliyyat sistemini, eləcə də gəncəlilərin o illərdəki geyim tərzini və dinamik yaşayış tempini mükəmməl şəkildə əks etdirərək nostaljik hisslər oyadır.

1933-cü ilin 1 may tarixində Gəncədə elektriklə işləyən tramvay xəttinin açılışı olub. Bu nəqliyyat növü şəhərin əsas məhəllələrini əlaqələndirirdi və 4 marşrut üzrə işləyirdi. Gəncə tramvayı 43 il, 16 oktyabr 1976-cı il tarixinə kimi çalışıb.

O dövrdə Gəncə Kirovabad adlandırılıb.
Müstəqillik dövründə Gəncədə tramvayın bərpası ilə bağlı çoxsaylı təkliflər səsləndirilib.
Hətta 2013-cü ilin noyabrında Şəhər İcra Hakimiyyəti və Fransanın “NEWTL” şirkəti arasında təntənəli şəkildə Gəncə tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanıb Amma real nəticə olmayıb. 

70-ci illərdə “Kirovabad” adı ilə sovet sənayesinin, tramvay səslərinin və toxuculuq kombinatlarının gurultulu ritmi ilə yaşayan Gəncə, bu gün öz qədim ruhunu modernizmlə birləşdirən tamam başqa bir simaya sahibdir. Bu gün Gəncə tramvay xəttinə malik olmasa da, müasir parkları, özünəməxsus arxitekturu, dinamik enerjisi, rəqəmsal həyat ritmi olan bir şəhərdir.Bir zamanlar zavod fəhlələrinin növbə dəyişməsi ilə nəfəs alan Nizami yurdu, indi Avropasayağı şəhər mədəniyyəti olan bir məkandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri