Icma.az
close
up
RU
Kefir və lif birləşməsi orqanizmdə iltihabı azaldır omeqa3 dən daha effektiv

Kefir və lif birləşməsi orqanizmdə iltihabı azaldır omeqa3 dən daha effektiv

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fermentləşdirilmiş kefir və qida liflərinin (pəhriz lifi) birləşməsi orqanizmdəki iltihab səviyyəsini omeqa-3 yağ turşularından və ya prebiotiklərdən daha güclü şəkildə azaldır.

Ölkə.az xəbər verir ki, bu nəticəyə Nottingham Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri "Journal of Translational Medicine" jurnalında dərc olunub.

Prebiotiklər — qidanın tərkibində olan və həzm sisteminin yuxarı hissələrində parçalanmayan maddələrdir. Onlar insanın yoğun bağırsağındakı faydalı mikroorqanizmlər tərəfindən parçalanaraq onların çoxalmasını və fəaliyyətini stimullaşdırır.

Təcrübə zamanı könüllülər 6 həftə ərzində üç fərqli əlavədən birini qəbul ediblər: omeqa-3 yağ turşuları, prebiotik lif və ya kəfir ilə lifin birləşməsi.

Yalnız üçüncü qrupda — kefir və lif qəbul edənlərdə — qan analizlərində iltihab göstəricilərinin sabit azalması və ümumi vəziyyətin yaxşılaşması müşahidə olunub.

Tədqiqatçılar bu təsirin səbəbini komponentlərin sinerjisi ilə izah edirlər. Lif, kefirdəki faydalı bakteriyalar üçün qida mənbəyi rolunu oynayır və onların aktivliyini artırır. Nəticədə qısazəncirli yağ turşuları (məsələn, butirat) əmələ gəlir. Bu maddələr immun sistemini tənzimləyir və xroniki iltihabı azaldır.

Alimlər vurğulayırlar ki, effekt yalnız bu iki komponent birlikdə istifadə olunduqda yaranır - kefir və lif ayrı-ayrılıqda bu qədər təsir göstərmir. Onların fikrincə, belə “sinbiotik yanaşma” xroniki iltihabi xəstəliklərin, o cümlədən ürək-damar xəstəliklərinin profilaktikasında gələcəkdə ümidverici istiqamət ola bilər.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri