Icma.az
close
up
RU
Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir ŞƏRH

Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin Zəfəri bu gün də xalqımızın həyatına yeni nəfəs, dövlətimizin yoluna yeni güc gətirir. Azad olunan hər qarış torpaq artıq quruculuğun, rifahın və milli qürurun ünvanına çevrilir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə son səfəri və yeni mənzillərin sakinlərə təqdim olunması isə bu həqiqətin ən təsirli təcəssümü oldu.
Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir. Təbiəti, sərvətləri, strateji mövqeyi ilə seçilən bu yurd uzun illər erməni işğalı altında viran qoyuldu. Dağıdılmış kəndlər, yandırılmış evlər, talan edilmiş təbiət – bunlar ermənilərin arxada qoyduğu izlərdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. Cənab Prezident İlham Əliyev səfər zamanı bu mənzərəni xatırladaraq dedi: “Ermənilər bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər. Burada bir dənə də salamat bina qalmamışdı. Məqsəd o idi ki, azərbaycanlılar heç vaxt geri qayıtmasınlar.” Ancaq Azərbaycan xalqı düşmənin bu planını darmadağın etdi və haqq olanı öz gücü ilə bərpa etdi. Dövlət başçısının çıxışında beynəlxalq vasitəçilərin, xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dair kəskin mövqeyi də diqqət çəkdi. On illərlə aparılan danışıqlar nəticəsiz qalaraq işğalın möhkəmləndirilməsinə xidmət edirdi. Cənab Prezident qətiyyətlə bildirdi: “Onların məqsədi işğalı əbədi etmək idi. Ancaq Azərbaycan xalqı buna imkan vermədi. Biz öz torpağımızı öz gücümüzlə azad etdik, heç kim bizə kömək etmədi.” Bu sözlər həm də Azərbaycanın öz taleyini özü həll etdiyini, suveren iradəsinin heç bir qüvvə tərəfindən sındırıla bilmədiyini nümayiş etdirir.
Kəlbəcər səfəri zamanı Prezident İlham Əliyev Azərbaycanın hərbi qüdrətini də xüsusi vurğuladı. Ordumuzun müasir texnologiyalar və ən yeni nəsil silahlarla təchiz olunması Qələbənin əsas səbəblərindən idi: “Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib və bu, Zəfərimizin əsas amillərindən biridir.” Bu fakt bir daha göstərir ki, güclü dövlət və güclü ordu milli təhlükəsizliyin, müstəqilliyin və qələbənin əsas sütunlarıdır. Səfərin ən duyğulu anlarından biri yeni mənzillərin istifadəyə verilməsi oldu. Uzun illər həsrət çəkən sakinlər doğma yurdlarına qayıdaraq evlərinin açarlarını aldılar. Bu həm də dövlətin və xalqın birliyinin simvoludur. Cəna Prezidentin sözləri bu hissləri ifadə etdi: “Bizim əsas amalımız budur ki, hər bir azərbaycanlı öz doğma torpağında xoşbəxt yaşasın.” Bu gün Kəlbəcərdə yollar çəkilir, elektrik stansiyaları tikilir, kəndlər yenidən salınır, təbiət və təsərrüfat dirçəlir. Cənab Prezident İlham Əliyev əminliklə bildirdi: “Kəlbəcər rayonunun təbii imkanları Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Bu torpaqlar yenidən çiçəklənəcək.”
Kəlbəcər səfəri təkcə bir bölgənin yenidənqurma mərhələsinə başlanğıc deyil, həm də Azərbaycanın suverenlik yolunun rəmzidir. Burada həm işğalın acı izləri, həm də qələbənin şanlı nəticələri bir yerdə görünür. Cənab Prezident İlham Əliyevin çıxışı həm də xalqımıza, dünya ictimaiyyətinə bir mesaj idi: Azərbaycanın azadlığı əbədidir, bu torpaqlarda yalnız sülh, inkişaf və rifah hökm sürəcək. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər. Sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər. Müsahibimiz onu da əlavə edib ki, bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək. Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır. Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri