Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Liqasının V turunda keçirilən "Beşiktaş" – "Hapoel Beer-Şeva" qarşılaşmasından əvvəl maraqlı hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Orkun Kökçü oyundan əvvəl İsrail klubunun futbolçusu Migel Vitorla əl sıxmaqdan imtina edib.
Qarşılaşmadan sonra Vitor bu hərəkətin səbəbini Kökçüdən soruşduğunu bildirib. Onun sözlərinə görə, türkiyəli futbolçu cavabında "Bizim mədəniyyətimizdə qanlı əllərlə əl sıxmaq qəbul edilmir" ifadəsini işlədib.
Migel Vitor isə futboldan siyasi məqsədlər üçün bu qədər istifadə edilməsinin doğru olmadığını düşündüyünü söyləyib. Bu barədə portuqaliyalı futbolçunun açıqlamasına istinadən "A Bola" nəşri məlumat yayıb.
Qeyd edək ki, Migel Vitor Portuqaliyada doğulub və ikili vətəndaşlığa malikdir. O, İsrail milli komandasının formasını geyinir.
Xatırladaq ki, noyabrın 26-da baş tutan görüşdə "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib. Matç tribunada baş verən insident səbəbindən 35 dəqiqəlik fasilə ilə yadda qalıb. Türkiyəli azarkeşlərdən birinin Fələstin bayrağı açmasından sonra təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Noyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















