Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Kəlbəcər İstisu su beynəlxalq bazarlara çıxır illik istehsal gücü 100 milyon butulkadır

Kəlbəcər İstisu su beynəlxalq bazarlara çıxır illik istehsal gücü 100 milyon butulkadır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kəlbəcər, 15 may, AZƏRTAC

Kəlbəcərdə fəaliyyətini bərpa edən İstisu mineral su zavodu işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinin mühüm sənaye layihələrindən biri kimi, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.

Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilatlar tərəfindən də suyun keyfiyyət göstəriciləri yüksək qiymətləndirilib.

Tarixi mənbələrə görə, “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğal etməsindən sonra müəssisənin fəaliyyəti dayandırılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgədə genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən “İstisu” mineral su zavodunun təməli qoyulub.

Müəssisədə tikinti-quruculuq işləri 2024-cü ildə başa çatdırılıb. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Hazırda zavodun illik istehsal gücü 100 milyon butulkadan artıqdır. Müəssisədə qabaqcıl avtomatlaşdırılmış su doldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemi quraşdırılıb. Ən son alman texnologiyalarının tətbiqi suyun təbii xüsusiyyətlərinin qorunmasına və yüksək keyfiyyətli məhsul istehsalına imkan yaradır.

Zavodda istehsal olunan məhsulların keyfiyyət göstəriciləri dünyanın aparıcı laboratoriyalarında yoxlanılır. Eyni zamanda, istehsal prosesində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir, tullantıların minimuma endirilməsi və enerji səmərəliliyinin artırılması məqsədilə müasir texnologiyalar tətbiq olunur. Hazırda müəssisədə 96 nəfər çalışır. Onlardan 54-ü Kəlbəcər sakinidir. Zavod regionda məşğulluğun təmin olunmasına və Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlara qayıdan sakinlərin sosial rifahının yüksəldilməsinə də mühüm töhfə verir.

Zavodun əməkdaşı olan Xaliq İbrahimov bildirib ki, uzun illərdən sonra doğma yurda qayıdaraq burada yaşamaq və işləmək qürurvericidir. “Uzun illər həsrətində olduğumuz torpaqlarda yenidən yaşamaq böyük xoşbəxtlikdir. Dövlətimizin diqqət və qayğısı sayəsində mənzillə təmin olunmuşuq. Hazırda “İstisu” zavodunda mühasib olaraq çalışıram. Doğma rayonumda işləmək və onun inkişafına töhfə vermək mənim üçün qürur mənbəyidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda “İstisu” mineral suyu bir sıra xarici ölkələrə ixrac olunur və məhsulun beynəlxalq bazarlardakı ixrac potensialı getdikcə artır.

Müxbir-Aydın Yavərzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri