Icma.az
close
up
RU
Toğanalı Kəlbəcər İstisu avtomobil yolunun tikintisi 85% icra edilib

Toğanalı Kəlbəcər İstisu avtomobil yolunun tikintisi 85% icra edilib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolun ümumi uzunluğu 82 km təşkil edir.

Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrə qədər yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha dörd tunel də tikilir.

Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır. Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.

Prezidentin tapşırığına əsasən yol iki, üç və dörd hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (iki hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (dörd hərəkət zolaqlı) uyğun tikilir.

Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan altı yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Layihə boyu hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi aparılır.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri