Icma.az
close
up
RU
Toğanalı Kəlbəcər İstisu yolunun inşası nə yerdədir? VİDEO

Toğanalı Kəlbəcər İstisu yolunun inşası nə yerdədir? VİDEO

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Məlumata görə, avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrədək yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha 4 tunel də tikilir.

Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır. Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.

Digər tunellər üzrə işlərin vəziyyəti belədir:
•    Tunel №1 (561.2 m), Tunel №2 (626.9 m), Tunel №4 (500 m) və Tunel №5 (947.9 m) üzrə qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb.

Prezidentin tapşırığına əsasən yol 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.

Texniki dərəcələr üzrə yolun uzunluğu belədir:
•    I dərəcəli – 14.2 km
•    II dərəcəli – 34.8 km
•    III dərəcəli – 33 km

Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Layihə boyu  hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi aparılır.

Yol geyimi işləri üzrə görülmüş işlərin həcmi:
•    Hamarlayıcı lay – 56 km
•    Əsasın alt layı – 38 km
•    Əsas lay və üst qatı – hər biri 55 km
•    Yol geyiminin alt qatı – 52 km

Tikinti çərçivəsində nəzərdə tutulan mühəndis qurğuları:
•    162 dairəvi boru (ümumilikdə 3 581 m)
•    119 düzbucaqlı boru (4 825 m)
•    1 heyvan keçidi (29 m)
•    14 U tipli süni qurğu (4 552 m)
•    2 598 m uzunluğunda trapez kanal
•    76 556 m² Geoerme divar
•    8 661 m istinad divarı
•    46 705 m daş divar (iksa/istinad)

İndiyədək görülən işlər:
•    147 dairəvi və 97 düzbucaqlı borunun,
•    1 heyvan keçidinin,
•    14 U tipli qurğunun,
•    32 475 m uzunluğunda daş divarın,
•    8 661 m istinad divarının,
•    1 057 m trapez kanalın,
•    77 743 m² Geoerme divarın inşası tamamlanıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 85%-ə çatıb.

Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə aparılır. Layihənin vaxtında və keyfiyyətli şəkildə başa çatdırılması üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri