Icma.az
close
up
RU
Kəlbəcər, Laçın, Şuşa və Xankəndidə kanat yollarının istifadəsi yol məsafəsini azaldacaq AÇIQLAMA

Kəlbəcər, Laçın, Şuşa və Xankəndidə kanat yollarının istifadəsi yol məsafəsini azaldacaq AÇIQLAMA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında "Kanat yolu" layihəsi haqqında danışıb.
"Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Laçın şəhərində Kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq", - deyə dövlətimizin başçısı qeyd edib.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov bildirdi ki, “Kanat yolu” layihəsi çox maraqlı və perspektivli bir təşəbbüsdür:

"Şuşa ilə Xankəndini birləşdirəcək bu layihə nəinki məsafəni qısaldacaq, eyni zamanda bölgənin turizm potensialını da artıracaq. Ümumiyyətlə, turizmdə nəqliyyat və daşınma imkanları cəlbedici rol oynayır. Xüsusilə dağlıq regionlarda insanların rahat və təhlükəsiz şəkildə daşınmasını təmin edən bu kimi layihələr turistlər üçün əlavə maraq yaradır.

Kanat yolları, eyni zamanda, turistlərə unikal təbiət mənzərələrini izləmək imkanı verir. Bu baxımdan, bu cür infrastruktur layihələri təkcə nəqliyyat vasitəsi deyil, həm də əyləncə və maraqlı bir təcrübə kimi qəbul olunur. Dünyanın bir çox ölkəsində bu tip nümunələr mövcuddur və onların uğurla tətbiq olunduğunu müşahidə edirik.

Dağlıq Qarabağ ərazilərində – xüsusilə Kəlbəcər, Laçın, Şuşa və Xankəndidə belə kanat yollarının istifadəsi həm yol məsafəsini azaldacaq, həm də ərazinin daha dərindən kəşf olunmasına şərait yaradacaq".

Ekspertin sözlərinə görə, bu layihə həmçinin regionun iqtisadi mənimsənilmə səviyyəsini də artıracaq.

"Belə ki, kanat yollarının başlanğıc və son nöqtələrində əlavə biznes obyektləri – ictimai iaşə müəssisələri, restoranlar və digər xidmət sahələri də inkişaf edəcək.

Məsələn, Balakəndə yerləşən kanat yolu 2008-ci ildə istifadəyə verilmişdi və bu, bölgəyə turist axınını xeyli artırmışdı. Son məlumatlara görə, həmin kanat yolunun gələcəkdə uzadılması və bərpası nəzərdə tutulur. Prezidentin göstərişi ilə dövlət büdcəsindən ayrılmış vəsaitlə bu layihənin yenidən həyata keçirilməsi planlaşdırılır. Bu da turistlərin bölgəyə marağını yenidən artıracaq və ərazidəki turistik məkanların daha çox ziyarət olunmasına şərait yaradacaq.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə belə layihələrin həyata keçirilməsi, çətin keçidli yollardan fərqli olaraq, daha rahat, daha əyləncəli və təhlükəsiz hərəkət etməyə imkan verəcək. Nəticə etibarilə, bu da bölgənin turistik baxımdan mənimsənilməsini sürətləndirəcək və ziyarətçilərə qısa müddətdə ərazi haqqında daha geniş təsəvvür əldə etmək imkanı yaradacaq", - deyə Ceyhun Aşurov vurğuladı.(redaktor.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri