Kəlbəcərdə də mina partlayışı baş verdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kəlbəcər rayonunda mina partlayışı baş verib.
Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
Qeyd edək ki, ötən gün də Xocavənddə mina partlayışı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















