“Kəlbəcərdə portal məsələsi tədbiq olunmayıb” Mircəlil Qasımlı:
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Digər rayonlarda portal məsələsində müəyyən aktivlik var, lakin təəssüf ki, Kəlbəcər rayonunda bu tətbiq olunmayıb. Bu məsələ daha çox müzakirəyə ehtiyac duyur. Əlbəttə, minalanmış ərazilərin mövcudluğu nəzərə alınmalıdır, amma eyni zamanda yaşlı nəslin sağlamlıq problemi olan insanların öz yurt-yuvalarını görmək istəməsi də arzu olunan bir haldır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:
Deputat vurğulayıb ki, bu məsələnin balanslı şəkildə həll olunması vacibdir:
“2026-cı il üçün təqdim edilmiş dövlət büdcəsi layihəsi reallıqlarımıza uyğun hazırlanıb. Büdcədə müdafiə və təhlükəsizlik xərcləri ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin bərpası və Kəlbəcər də daxil olmaqla regionların sürətli inkişafı üçün nəzərdə tutulan xərclərin olması təqdirəlayiqdir.
Bu baxımdan, 2026-cı il büdcəsinin dövlətin strateji inkişaf prioritetləri ilə üst-üstə düşdüyünü və ölkəmizin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edir, büdcə layihəsini dəstəkləyəcəyimi bildirirəm”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















