Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Mircəlil Qasımlı: Kəlbəcərin təhvil verilməsi prosesi xalqımızın humanistliyini, ermənilərin isə terrorçu mahiyyətini dünyaya nümayiş etdirdi ŞƏRH AZƏRTAC

Mircəlil Qasımlı: Kəlbəcərin təhvil verilməsi prosesi xalqımızın humanistliyini, ermənilərin isə terrorçu mahiyyətini dünyaya nümayiş etdirdi ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Zəfər nəticəsində 4 il öncə - 2020-ci noyabrın 25-də Kəlbəcər rayonu işğalçılardan azad edildi. Ordumuz Azərbaycanın ən yüksək və olduqca çətin relyefə malik dağ rayonuna bir güllə atmadan daxil oldu. Əlbəttə, Ermənistan Ağdamı, Kəlbəcəri və Laçını öz xoşu ilə təhvil vermədi, Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən hərbi əməliyyatlar zamanı döyüş meydanında düşməni məhv edərək, onları ağ bayraq qaldırmağa, tarixi torpaqlarımızdan çıxmağa məcbur etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

“Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində 53 mindən çox Kəlbəcər sakini öz doğma torpaqlarından didərgin düşdü. Bu işğal nəticəsində 500-dən çox dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Ağır şəraitdə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan Kəlbəcər sakinləri ölkəmizin 56 rayonunun ərazisində müvəqqəti məskunlaşmağa məcbur oldu”,- deyən deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin sosial məsələlərinin həlli, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Onların sosial rifahının yüksəldilməsi daim diqqətdə saxlanıldı.

Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə hər bir Kəlbəcər sakininin öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiyini bildirən Mircəlil Qasımlı qeyd edib ki, ermənilər tərəfindən işğal dövründə Kəlbəcərin demək olar bütün yaşayış məntəqələri, infrastrukturu məhv edildi: “Onlarla tarixi-mədəniyyət abidəsi, muzey və mədəniyyət evləri, məktəblər, uşaq bağçaları, kitabxanalar, xəstəxanalar, yüzlərlə inzibati bina, minlərlə mənzil tamamilə dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrildi”.

Milli Məclisin deputatı bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edən qətnamələrin qəbul edilməsinə baxmayaraq, 27 il ərzində bu sənədlər icra olunmadı. Bu beynəlxalq təsisat Ermənistandan sənədin icrasını tələb etmədi. Bu ədalətsizlik isə düşməni daha da azğınlaşdırdı və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi: “Azərbaycan xalqı işğal dövründə beynəlxalq ictimaiyyətin problemin həllinə laqeyd münasibətinin şahidi oldu. Beynəlxalq hüququn tələblərinin icra edilməməsi və bəzi dairələr tərəfindən Ermənistana göstərilən dəstək bu ölkəni Azərbaycana qarşı yeni təxribatlar törətməyə və yeni ərazilər işğal etməyə həvəsləndirirdi, amma onlar Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər. Ötən illər ərzində Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük inkişaf yolu qət etmişdi. Ulu Öndərin əsasını qoyduğu qüdrətli Azərbaycan artıq bütün komponentlərdə Ermənistanı dəfələrlə üstələyirdi. Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşərək illərdir davam edən ədalətsizliyə, işğala son qoymaq əzmində idi. Vətən müharibəsi dövründə “Dəmir yumruğa” çevrilən bu həmrəylik torpaqlarımızın, o cümlədən Kəlbəcərin azad edilməsini şərtləndirdi”.

Mircəlil Qasımlı füsunkar təbiətə, zəngin tarixə, təbii sərvətlərə malik Kəlbəcərin həmçinin əlverişli strateji mövqeyinə görə də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsində aparılan uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji yüksəkliklər azad edildi. Bu, ordumuza düşmənin əsas təminat yollarına nəzarət etmək imkanı verdi. Bu üstünlük sonrakı günlərdə də uğurlu əməliyyatların təşkilinə və düşmənə sarsıdıcı zərbələrin vurulmasına əsaslı töhfələr verdi.

10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə yekunlaşdı. Kəlbəcər, Ağdam və Laçın bir güllə atılmadan, şəhid vermədən azad edildi”.

“Kəlbəcərin Azərbaycana təhvil verilməsi prosesi Azərbaycan xalqının humanistliyini, ermənilərin isə vəhşiliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Üstəlik, silahsız sakinlərə, yaşlılara, uşaqlara qarşı amansız cinayətlər törətmişdi. Bu xüsusda, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində ermənilər tərəfindən törədilən faciəni xüsusi qeyd etmək istərdim. Bütün bunlara baxmayaraq, hər zaman humanizm dəyərlərini uca tutan Azərbaycan xalqı Kəlbəcərin Ermənistan tərəfindən təhvil verilməsi zamanı da bu ali dəyərlərə sadiqliyini nümayiş etdirdi. Belə ki, Üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli idi. Lakin Ermənistan tərəfi Kəlbəcərin təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi və Azərbaycan dövləti və xalqı müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi. Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər isə tarixi torpaqlarımızı tərk edərkən, öz xislətlərini, terrorçu mahiyyətlərini bütün dünyaya nümayiş etdirərək, evləri, meşələri yandırdılar, ağacları kəsdilər. Təəssüflər olsun ki, ətraf mühitin, ekoloji sistemin qorunmasının qlobal əhəmiyyət kəsb etdiyi bir dövrdə dünyanın gözü önündə baş verən bu cinayətlərə də beynəlxalq ictimaiyyət kəskin reaksiya vermədi”, - deyə deputat vurğulayıb.

Millət vəkili bu gün Kəlbəcərin bərpa və quruculuq dövrünü yaşadığını söyləyib: “Kəlbəcərdə müasir yaşayış kompleksləri inşa edilir, infrastruktur bərpa olunur, nəhəng layihələr uğurla icra edilir. Kəlbəcərə yeni yollar çəkilir, tunellər tikilir. “Yaşıl enerji” zonasına çevriləcək Kəlbəcərdə bu istiqamətdə davamlı işlər aparılır. Kəlbəcərlilər əmindirlər ki, Kəlbəcər ən qısa zamanda nəinki Azərbaycanın, bütün dünyanın ən müasir infrastruktura malik bölgələrindən birinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri