Icma.az
close
up
RU
Mircəlil Qasımlı: Cümhuriyyətin yadigarı olan üçrəngli Bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır

Mircəlil Qasımlı: Cümhuriyyətin yadigarı olan üçrəngli Bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı 1918-ci il mayın 28-də milli azadlıq və dövlət quruculuğu əzmini nümayiş etdirərək, mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu mühüm hadisə nəinki xalqımızın siyasi şüurunun və milli oyanışının nəticəsi, həm də Şərqdə ilk demokratik respublikanın yaranması kimi tarixə düşdü.

Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı AZƏRTAC-a açıqlamasında bildirib.

Mircəlil Qasımlı qeyd edib ki, yeni dünya düzəninin formalaşdığı bir dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə müstəqillik rəsmən bəyan olundu. Çətin tarixi və siyasi şəraitdə bu sənədin imzalanması dövlətçilik tariximizdə olduqca mühüm hadisədir. Belə ki, Cümhuriyyət qısa müddət ərzində mühüm dövlət atributlarını – üçrəngli bayrağı, dövlət himnini və gerbi təsdiqlədi, Azərbaycan dilini rəsmi dövlət dili elan etdi. İlk parlament və hökumət strukturları formalaşdırıldı, demokratik idarəetmə prinsiplərinə əsaslanan sistemin qurulması istiqamətində önəmli qərarlar qəbul edildi.

“Cümhuriyyətin fəaliyyəti dövründə vətəndaşların hüquq bərabərliyinin təmin olunması, qadınlara seçki hüququ verilməsi həmin dövr üçün mütərəqqi və nadir addım idi. Eyni zamanda, ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti təsis olundu, nizami ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi, ölkənin beynəlxalq arenada tanınması üçün məqsədyönlü addımlar atıldı. Hədəf güclü, müstəqil və demokratik Azərbaycan dövlətini qurmaq idi. Təəssüf ki, Cümhuriyyət cəmi 23 ay sonra süqut etdi”, - deyə deputat vurğulayıb.

Cümhuriyyətin dövlət rəmzlərinin, xüsusilə də üçrəngli bayrağımızın 70 il ərzində xalqımızın yaddaşında müstəqillik və azadlıq simvolu kimi yaşadığını bildirən Mircəlil Qasımlı qeyd edib ki, bu bayraq 1990-cı il noyabrın 17-də dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Naxçıvan Ali Məclisinin I sessiyasında yenidən qaldırıldı. Bu hadisə müstəqilliyə aparan yolun əsasını təşkil etdi.

Deputat bildirib ki, Sovet İttifaqının süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycan 1990-cı illərin əvvəllərində ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldı. Ermənistanın işğalçılıq siyasəti, daxildəki idarəetmə zəifliyi və xaos ölkənin parçalanmaq təhlükəsini gündən-günə artırırdı. Məhz belə bir taleyüklü anda xalqın iradəsi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan xilas etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar olundu, inkişafın təməli qoyuldu.

Mircəlil Qasımlı qeyd edib ki, məhz Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilən və bu il 30 illiyi qeyd ediləcək Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi baza yaratdı. Sonrakı illərdə həyata keçirilən institusional islahatlar, iqtisadiyyatın liberallaşdırılması, ordu quruculuğu, beynəlxalq münasibətlər sisteminə inteqrasiya və digər mühüm addımlar Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün xalqımız öz müstəqil, suveren və qüdrətli dövlətinə sahibdir, ölkəmiz tarixinin ən güclü və əzəmətli dövrünü yaşayır. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti, ordumuzun rəşadəti nəticəsində Zəfər Günü və Dövlət Suverenliyi Günü kimi tarixi hadisələr müasir müstəqil Azərbaycanın təqviminə qızıl hərflərlə yazılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri