Icma.az
close
up
RU
Kəlbəcərdə yeni dövrün başlanğıcı xalq iqtidar birliyinin təcəssümü

Kəlbəcərdə yeni dövrün başlanğıcı xalq iqtidar birliyinin təcəssümü

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Kəlbəcər Azərbaycanın ən zəngin bölgələrindən biridir. Həm strateji mövqeyi, həm də təbii sərvətləri ilə ölkəmizin sosial-iqtisadi həyatında xüsusi yer tutur. Uzun illər işğal altında qalmış bu torpaq indi yeni bir dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri də bu dirçəlişin dövlət səviyyəsində nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərdi.

Əvvəlcə qeyd edək ki, Prezidentin Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri sayılmalıdır. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı. Prezident İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.
Əlbəttə ki, azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd etdi. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir. Prezidentin səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın azad edilmiş hər qarış torpağına həyat geri dönəcək. Bu torpaqlara qayıdan hər bir insan təkcə evinə deyil, həm də gələcəyinə qayıdır. Kəlbəcərin turizm, kənd təsərrüfatı və enerji mərkəzinə çevrilməsi artıq uzaq perspektiv deyil, reallaşmaqda olan bir həqiqətdir.
Bütünlükdə, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. İlham Əliyevin səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.
Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi. Ölkə başçısı çıxışında çox ciddi məqamlara vurğu saldı: “Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq...”.
Bu, yaddaşın keşiyində ayıq-sayıq dayanmağın zəruriliyi ilə bərabər, həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesaj idi: Azərbaycan öz torpaqlarında əbədi sahibdir, qurub yaratmaq fitrətinə sadiqdirlər. Torpaqlarını da yenidən gözəlliklər diyarına çevirmək, əzəli güc və nüfuzunu bərpa etmək üçün işğaldan azad edib. Dünyaya bəyan oldu ki, Azərbaycan öz ərazilərində əbədi olaraq var olacaqlar və bu varlıq həm quruculuqda, həm də xalqın rifahında özünü göstərəcək. Kəlbəcər kimi strateji bir bölgənin sürətlə dirçəlməsi bütün Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə açılan qapıdır.
Avqustun 21-də baş tutan səfər Kəlbəcərin dirçəliş salnaməsində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın ümumi inkişaf konsepsiyasına da güclü töhfə verdi. Uzun illər həsrətdə qaldığımız Kəlbəcərə bu gün yeni nəfəs, yeni həyat qayıdır. Dağları, çayları, yaylaqları ilə təbiətin möcüzəsi olan bu torpaq illərlə susqun qaldı, işğalın ağrılarını yaşadı. Ancaq artıq o illər geridədir. Bu gün Kəlbəcərdə tikilən yollar, ucaldılan körpülər, qurulan elektrik və su şəbəkələri sadəcə infrastruktur deyil – xalqın iradəsinin, dövlətin gücünün simvoludur. Prezident İlham Əliyevin də bu diyara səfəri yalnız rəsmi bir tədbir deyil, həm də Böyük Qayıdışın rəmzi, xalqın iradəsinin və dövlətin qüdrətinin bariz ifadəsi idi.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP idarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri