Icma.az
close
up
RU
Böyük Qayıdış Proqramı: Kəlbəcərdə Yeni Bir Dövrün Başlanğıcı

Böyük Qayıdış Proqramı: Kəlbəcərdə Yeni Bir Dövrün Başlanğıcı

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 33 il ötür. Kəlbəcər Azərbaycanın strateji əhəmiyyətə malik rayonlarından biri olaraq 2 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində rayonun sakinləri doğma yurd-yuvasından didərgin düşərək respublikanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa məcbur olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məcburi köçkünlərin sosial problemləri dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət sonrakı dövrdə Ulu Öndırin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısı hər zaman məcburi köçkünlərlə görüşlərində bildirirdi ki, onların doğma torpaqlara qayıdışı təmin ediləcəkdir.
Ulu öndər Heydər Əliyev Kəlbəcər sakinləri ilə görüşündə demişdir ki, Kəlbəcər yenidən öz doğma sahiblərinə qayıdacaq, bu torpaqlarda həyat yenidən canlanacaq. O, Kəlbəcərin ağır taleyindən, sakinlərinin yaşadığı faciələrdən, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmalarından böyük kədər hissi ilə danışmışdır.

Bəli, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həm Vətən müharibəsində, həm də sonrakı antiterror əməliyyatlarında qazanılan şanlı zəfərlər nəticəsində torpaqlarımız işğaldan azad olundu, dövlətimizin suverenliyi tam bərpa edildi.

Bu gün şanlı bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə qürurla dalğalanır. 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və 25 noyabr 2020-ci il tarixində Kəlbəcər Azərbaycana qaytarıldı.
Kəlbəcər rayonu Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra Ermənistanla imzalanmış üçtərəfli bəyanat nəticəsində geri qaytarıldı. Bu böyük qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, ordumuzun rəşadəti və cənab Prezident İlham Əliyevin uğurlu sərkərdəliyi və yüksək hərbi diplomatik məharəti sayəsində mümkün oldu.
Bu gün cənab Prezidentin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Kəlbəcər şəhəri müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən inşa olunur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcərə dəfələrlə səfər edərək şəhərin, yaşayış məntəqələrinin və mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimlərində və açılışlarında iştirak ediblər.
Bu gün dövlət başçısının diqqət və qayğısı nəticəsində Kəlbəcərdə elektrik, yol, su, qaz və digər infrastruktur layihələri uğurla icra olunur. Kəlbəcər rayonu zəngin təbiəti və faydalı qazıntıları ilə həmişə tanınıb. Rayonun böyük turizm potensialı vardır və bu potensial onu Azərbaycanın dünyada tanınan turizm mərkəzlərindən birinə çevirəcəkdir. Bu gün Kəlbəcər rayonunda cənab Prezidentin rəhbərliyi ilə min bir dərdin dərmanı olan mineral İstusuyu həm yerli bazara, həm də dünya bazarına çıxarılır. Həmçinin, müalicəvi əhəmiyyətə malik “İstisu”sanatoriyası yaxın zamanda istifadəyə veriləcək. Dünyanın ən böyük tunellərindən biri olan Murovdağ tuneli istifadəyə verilməsi bölgənin inkişafında mühüm töhfə verəçəkdir.

Ötən ilin avqust ayında cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər şəhərinə səfər edərək burada məskunlaşan ilk sakinlərə evlərinin açarlarını təqdim ediblər.

Böyük Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə köç prosesi mərhələli şəkildə davam edir. Aprelin 2-si ərəfəsində isə Kəlbəcərin işğalının ildönümünə təsadüf edən günlərdə şəhərə yeni köç karvanı yola salındı.  2 aprel 2026-cı il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində növbəti köç karvanı ilə 27 ailə (113 nəfər) doğma Kəlbəcərə qayıdıb. Beləliklə, şəhərin 1-ci yaşayış məhəlləsinin 1-ci mərhələsi üzrə ümumilikdə 162 ailə (680 nəfər) öz doğma yurda geri dönmüşdür. Bu gün Kəlbəcər yeni həyatını yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində rayonda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə rayonda müasir standartlara cavab verən yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası və sosial obyektlərin tikintisi istiqamətində görülən işlər yüksək səviyyədə təşkil olunur. Bu proseslərə rəhbərlik edən Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və əməkdaşlarının fəaliyyəti, həmçinin  əhali ilə sıx ünsiyyəti ictimaiyyət arasında böyük inam yaradır.Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə nümayəndəsi Bəşir Hacıyev və onun kollektivi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük qayıdış proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işlərini uğurla davam etdirir. Bu proqram çərçivəsində rayonun infrastrukturu yenidən qurulur, müasir standartlara uyğun yaşayış məntəqələri yaradılır və sosial obyektlər inşa olunur.
Eyni zamanda, nümayəndəlik Kəlbəcərə köç etmiş sakinlərlə mütəmadi əlaqələr qurur, onların gündəlik problemləri və ehtiyacları ilə yaxından maraqlanır. Əhalinin rifahının təmin olunması və onların doğma torpaqlarına qayıdışı prosesinin rahat və səmərəli şəkildə həyata keçirilməsi üçün Prezidentin Xüsussi nümayəndəsi Bəşir Hacıyev və kollektivi hər gün böyük səylə çalışır. Rayonda aparılan quruculuq və bərpa işləri həm də əhali arasında böyük rəğbət və etimad yaradır. Sakinlər qeyd edirlər ki, bu proqram onların həyat şəraitini xeyli yaxşılaşdırır, həmçinin doğma Kəlbəcərinə qayıdışın yeni nəfəsini hiss etmələrinə imkan yaradır. Prezidentin və nümayəndəliyin rəhbərliyi ilə həyata keçirilən bu proqram ölkəmizin tarixi torpaqlarının yenidən canlanmasının və vətəndaşların doğma yurdlarına qayıdışının canlı nümunəsidir.
Nümayəndəliyin fəaliyyəti Kəlbəcər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir. Kəlbəcərə köçmüş sakinlər nümayəndəliyin rəhbərliyindən və kollektivindən böyük razılıq bildirirlər. Onlar qeyd edirlər ki, daim onların qayğıları və problemləri ilə maraqlanılır, hər zaman diqqət və qayğı ilə əhatə olunurlar. Eyni zamanda nümayəndəliyin təşəbbüsü ilə Kəlbəcərdə keçirilən tədbirlər də yüksək səviyyəsi ilə seçilir. Bu il Novruz bayramı Kəlbəcər şəhərində xüsusi təntənə ilə qeyd olunmuşdur. İşğaldan sonra Kəlbəcərdə keçirilən ilk Novruz tonqalları sakinlər tərəfindən böyük sevinclə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Eyni zamanda, media və ictimaiyyətlə əlaqələr də yüksək səviyyədə qurulub. Kəlbəcərdə aparılan quruculuq işləri, bölgəyə qayıdan həyatın yeni nəfəsi və dirçəliş prosesi geniş şəkildə işıqlandırılır və cəmiyyətə çatdırılır.

Artıq uzun illərin həsrətindən sonra Kəlbəcərdə həyat yenidən bərpa olunur, evlərə işıq yanır, ocaqlar tüstülənir.

30 illik ayrılıqdan sonra Kəlbəcərə qayıdan insanlar üçün bu torpaq sadəcə yaşayış yeri deyil  bu, onların yaddaşı, keçmişi və gələcəyidir. Bu gün Kəlbəcər yenidən dirçəlir, yenidən qurulur və Azərbaycanın ən gözəl guşələrindən biri kimi öz əvvəlki şöhrətini geri qaytarır.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri