Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Xalq iqtidar birliyinin gətirdiyi zəfər

Xalq iqtidar birliyinin gətirdiyi zəfər

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu öz Prezidentinə, xalqına arxalanaraq böyük şücaət və qəhrəmanlıq göstərdi. Azərbaycanın igid oğulları 30 il Ermənistan işğalında olan torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Azərbaycan Ordusunun əsgər və zabitləri dünyanı heyrətə salan, eləcə də dünya hərb tarixinə yazılan qəhrəmanlıq nümayiş etdirdilər. Vətən müharibəsində vuruşan əsgər və zabitlərimizin əksəriyyətini gənclər təşkil edrdi. Bu o gənclər idi ki, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Prezident seçilən vaxt onlar uşaq idi. Məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz milli ruhda böyüdülər, Vətən uğrunda, torpaq uğrunda canlarını belə əsirgəmədilər.

Vətən müharibəsində Zəfər qazanmağımızın ən böyük amillərindən biri xalq-iqtidar birliyi oldu. Uşaqdan tutmuş yaşlı insanlarımıza qədər hər bir vətəndaş bu müharibədə böyük mərdlik nümayiş etdirdi. Övladı şəhid olmuş valideyn də, erməni vəhşilərinin şəhərlərimizi raket atəşinə tutması nəticəsində körpəsini itirmiş ata-analarımız da sınmadı, Vətən sağ olsun, ancaq irəli dedilər.

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, döyüşlərdə yaralanmış hərbçilərimizə böyük diqqət və qayğı ilə yanaşırlar. Müharibə dövründə cənab İlham Əliyev və Mehriban xanım Əliyeva hospitalda müalicə olunan hərbçilərimizlə görüşmüş və ölkə başçımız göstərdikləri qəhrəmanlığa görə onlara öz minnətdarlığını bildirmişdi. Müharibə qələbəmizlə başa çatdı. Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzaladı.  2021-ci il 27 sentyabr Anım Günündə keçirilən yürüş xalqımızın yenilməzliyinin, birliyinin bariz nümunəsi oldu. Yürüşdə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etməsi və yürüşün önündə əllərində şəhid hərbçi və şəhid körpənin şəkillərini tutmaqla Prezident və Birinci vitse-prezidentimiz dünyaya bir mesaj vermiş oldular. Bu, hərbçisindən tutmuş körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisi idi. Anım Gününün qeyd edilməsi sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əzizdir. Dövlətimiz, şəxsən cənab İlham Əliyev, hər zaman müharibədə şəhid olmuş hərbçilərimizin ailə üzvlərinə, yaralanmış hərbçilərimizə və müharibə veteranlarına böyük qayğı ilə yanaşır. Bu qəbildən olan insanların sosial məişət və digər problemləri təcili olaraq həll edilir. Müharibədə ağır yaralanmış əsgər və zabitlərimiz müalicə olunmaq üçün xarici dövlətlərə göndərilir və onlar sağalaraq öz ailələrinin, əzizlərinin yanına dönürlər. Ehtiyacı olanlar ən yüksək texnologiya ilə hazırlanmış protezlərlə təmin olunurlar.

Bu gün bütün xalqımız Anım Gününün növbəti ildönümünü qeyd edir. Bununla bütün dünyaya göstəririk ki, biz böyük və yenilməz xalqıq. Azərbaycan xalqı öz torpaqlarını və dövlətini qorumağa qadir xalqdır. Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur. Biz döyüş meydanında da, siyasi arenada da Qələbə qazanmışıq. Bu Qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı. Bu, inkişaf və tərəqqi dövrü olacaq. Müharibədə qalib gəlmiş xalqımız artıq işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurması ilə də dünyanı heyrətləndirməkdə davam edir. Bu ərazilərə gələn xarici qonaqlar, jurnalistlər və diplomatlar qısa müddət ərzində görülən işlərdən heyətlərini gizlədə bilmirlər. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olduğu üçün və İlham Əliyev kimi bir lideri - Dövlət başçısının olduğu üçün fəxr edir.

Kamilə Əliyeva,

BDU-nun kafedra müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri